DİA-da “Virtual Educator Program”ının iştirakçılarına sertifikatlar verilib

DİA-da “Virtual Educator Program”ının iştirakçılarına sertifikatlar verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Virtual Educator Program”ının iştirakçılarına sertifikatlar təqdim olunub.

Bu barədəAZƏRTAC-a DİA-dan məlumat verilib. Dövlət İdarəçilik Akademiyasının ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirdiyi proqram 2022-ci il 27 sentyabr - 30 dekabr tarixlərini əhatə edib. Həmin müddətdə təlimlərə xarici dildə (ingilis dili) tədris aparan 17 müəllim cəlb edilib. Nəzərdə tutulan proqram üzrə müəllimlərin bir qrupu ingilis dilinin tədrisi üzrə ixtisaslarının artırılması, ikinci qrupu isə akademik məqsədlər üçün ingilis dili tədrisinin inkişaf etdirilməsi istiqaməti üzrə çalışıb.

Təqdimat mərasimində DİA-nın rektoru akademik Urxan Ələkbərov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətləri diqqətə çatdırıb. O, Prezident İlham Əliyev tərəfindən tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyaları sayəsində Azərbaycanı regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını vurğulayıb. Eyni zamanda, Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və torpaqlarımızın işğaldan azad edilməsində təsdiqini tapdığını bildirib. Böyük Zəfərin cəmi 44 günə qazanılmasını və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını dövlətimizin başçısının innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib. Rektor diqqətə çatdırıb ki, inklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Bildirilib ki, ölkənin hazırkı davamlı inkişafı dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində reallaşdırılan ardıcıl islahatlar və dəyişikliklərin nəticəsidir.

Proqramın əhəmiyyətini qeyd edən akademik U.Ələkbərov xarici dil fənninin effektiv tədrisi və gələcəkdə bu istiqamətdə layihələrin genişlənməsinin səmərəli olacağını qeyd edib.

Tədbirdə Dövlət İdarəçilik Akademiyasının Xarici dillər kafedrasının müdiri dosent Ülkər Şəfiyeva çıxış edərək ABŞ səfirliyinin dəstəklədiyi proqramın xarici dil üzrə peşəkar bacarıqların təkmilləşdirilməsi ilə yanaşı, həm də şəxsi əlaqələrin inkişafına kömək etdiyini, təhsil və mədəniyyət diplomatiyası sahəsində uğurlu əməkdaşlığın əsasının qoyulduğunu, nəticələrin müəllim və tələbələr üçün səmərəli olacağına inamını ifadə edib.

Sonra ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri mədəniyyət və təhsil işləri üzrə müşavir Salman Haji, ingilis dili proqramı koordinatoru Sabina Abdullayeva və digər şəxslər iştirak ediblər.

İngilis dilinin tədrisi barədə fikir mübadiləsi aparılıb.

Proqramı uğurla bitirən müəllimlərə sertifikatlar təqdim edilib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed