Dendrologiya İnstitutunda istiot nanəsinin tibbi əhəmiyyəti öyrənilib

Bakı, 23 yanvar,AZƏRTAC

Dendrologiya İnstitutunun təcrübə sahəsində Mentha Piperita L. – istiot nanəsi növü toplanıb, laboratoriya şəraitində standartlara uyğun şəkildə qurudulub.

İnstitutdanAZƏRTAC-a bildirilib ki, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Tofiq Sadiqov tərəfindən tədqiq edilən Mentha Piperita L. – istiot nanəsi növünün biomorfoloji xüsusiyyətləri öyrənilib və ondan yağlar əldə olunub.

Nanə yarpaqlarından sakitləşdirici, spazmolitik, ödqovucu, antiseptik və ağrıkəsici xassəyə malik preparatlar hazırlanır. Nanə yağında olan mentol antiseptik xassəyə malikdir. Yuxarı tənəffüs yolları xəstəliklərində (faringit, laringit, traxeit, zökəm və s.) mentoldan və nanənin digər preparatlarından selikli qişalara yaxmaq üçün, inhalyasiya, eləcə də damcı formasında buruna damızdırmaq üçün işlədilir. Bundan əlavə, mentol karandaşından baş ağrısında, mentolun 2%-li spirtli və ya 10%-li yağda həll edilmiş məhlulundan miqrendə, digər nevroloji xəstəliklərdə xaricə sürtmə dərmanı kimi işlədilir. Eləcə də “inqafen” inqalyatorun tərkibində istifadə olunur. Nanənin yarpağı və yağı fitonsid və antiseptik xassəyə malikdir. İstiot nanəsinin yağında 38-65% mentol olduğundan mentol almaq üçün əsas xammal sayılır. Mentolun 3-5% spirtlə məhlulu, ikinci və üçüncü dərəcəli donmaların müalicəsində işlədilir.

Azərbaycanda becərilən nanənin yarpaqlarında 0,5-dən 2,5%-ə qədər efir yağı vardır ki, bunun da tərkibinin çox hissəsini (40-60%-ni) həm sərbəst, həm də valerian və sirkə turşuları ilə mürəkkəb efir şəklində olan mentol spirti təşkil edir. İstiotlu nanə yarpağından təkcə tibb sahəsində deyil, kosmetika, aromaterapiya və qida sənayesində də istifadə edilir. Təzə və qurudulmuş yarpaqlarını şorba, salat, tərəvəz və ət məhsulları ilə birlikdə qəbul edilməsi məsləhətdir. Çayların tərkibində ödqovucu, tərqovucu kimi, qida, konditer və parfümeriya sənayesində diş pastası və tozu kimi geniş istifadə edilir.

Mentha piperita L. növünün gövdə və yarpaqlarından alınan ekstrakt və yağın komponent tərkibi “Kristal” M markalı qaz xromotoqrafiya üsulu ilə analiz olunub.

Aparılan elmi tədqiqatlar nəticəsində Mentha piperita L. növünə Abşeron şəraitində aqrotexniki qulluq göstərildiyi zaman inkişafını normal keçirdiyi, becərilməsində xüsusi qayğıya ehtiyac olmadığı müəyyən edilib. Növün gövdə və yarpaqlarından alınan ekstrakt və efir yağının komponent tərkibi “Kristal” M markalı qaz xromotoqrafiyasında öyrənilib. Araşdırmalar göstərir ki, Mentha piperita L. növündən alınan efir yağından tibdə, qida sənayesində, kosmetologiya sahəsində, aromaterapiyada istifadə olunması böyük əhəmiyyət kəsb edir. Ona görə ki, efir yağlarının tərkibində olan bioloji aktiv maddələr insanlara müalicəvi, psixoloji cəhətdən müsbət təsir göstərir. Belə ki, çoxsahəli əhəmiyyətə malik olan Mentha piperita L. növünün geniş istifadə olunması məqsədəuyğundur.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed