Corc Vaşinqton Universitetinin müəllimi ADPU-da seminar keçirib

Oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ikili diplom proqramı üzrə əməkdaşlıq olunan ABŞ-nin Corc Vaşinqton Universitetinin (CVU) müəllimi Maria Cseh seminar keçirib.

Bu barədəAZƏRTAC-a universitetdən məlumat verilib. Qonağı əməkdaşlara təqdim edən rektor Cəfər Cəfərov bildirib ki, ADPU-CVU ikili diplom proqramı çərçivəsində CVU-nun akademik potensialından daha faydalı istifadə etmək üçün proqram müəllimləri ilə əməkdaşların bu tip müntəzəm görüşlərinin təşkili nəzərdə tutulur.

“Təşkilati inkişaf və dəyişikliklər” mövzusunda təqdimat edən M.Cseh qeyd edib ki, dəyişikliklər adətən narahatedicidir, lakin bu, bizim üçün inkişaf səbəbidir. Bununla belə, inkişaf və dəyişikliyin fərqini ayırd etmək lazımdır. İnkişafda dayanıqlılıq və davamlılıq önəmlidir.

Spiker qeyd edib ki, təşkilatda planlı dəyişiklik etmək üçün dörd ardıcıl mərhələ icra olunmalıdır: başlamaq və hüquqi əsas, diaqnostika, planlama və tətbiq, qiymətləndirmə və möhkəmləndirmə.

Təqdimatda qeyd olunub ki, eyni zamanda, əməkdaşların təşkilatların inkişafı üçün qərarvermədə iştirak etmək trendi son vaxtlar aktualdır və bu, düzgün idarə olunarkən faydalı prosesdir. Burada prosesə liderlik etməyin də önəmi ortaya çıxır və bu baxımdan liderlərin hazırlanması və dünyagörüşü olduqca vacib məsələdir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed