Cənubi koreyalı tələbələr üçün Azərbaycan haqqında təqdimat olub

Cənubi koreyalı tələbələr üçün Azərbaycan haqqında təqdimat olub

Cənubi Koreyanın Hankuk Xarici Tədqiqatlar Universitetinin (HUFS) müxtəlif ixtisaslar üzrə bir sıra fakültələrə, o cümlədən Türk-Azərbaycan Dilləri Fakültəsinə yüksək göstəricilərlə daxil olmuş bir qrup koreyalı tələbə ilə Azərbaycanın Seuldakı səfirliyində görüş keçirilib.

AZƏRTACxəbər verir ki, HUFS və səfirliyin birgə təşkilatçılığı keçirilmiş görüşdə səfir Ramin Həsənov tələbələrə tədris dövründə uğurlar arzulayıb. Görüşdə Azərbaycanın xarici siyasəti, müstəqillik dövründə inkişaf yolu, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, 44 günlük Vətən Müharibəsi, işğaldan azad edilmiş ərazilərimizdəki bərpa-quruculuq işləri, Azərbaycan-Cənubi Koreya münasibətləri barədə təqdimat olub, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tələbələr səfirlikdə nümayiş etdirilən Azərbaycanın milli mədəniyyət nümunələri ilə tanış olub, Azərbaycan çayı, qəlyanaltıları və şirniyyatlarının dadına baxıb. Koreyalı tələbələr 2022-ci ildə səfirliyin təşkilatçılığı ilə Koreya dilində dərc olunmuş dahi Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin “Leyli və Məcnun” kitabı və digər xatirə hədiyyələri təqdim edilib.

Şahin Cəfərov

  • Paylaşmağı unutma

Səhr yaz

......