Cəlilabadda tarix müəllimi 30 ildir maddi-mədəniyyət nümunələri toplayır

Cəlilabadda tarix müəllimi 30 ildir maddi-mədəniyyət nümunələri toplayır
Cəlilabad rayonu Uzuntəpə kənd sakini, Ələsgər Mirzəzadə 30 ildir kənd ərazisində tapılan tarixi əşyaların tədqiqi ilə məşğuldur.

"Report"un Muğan bürosunun əməkdaşı tarix müəllimi ilə görüşüb və onun bu maraq dairəsi ilə həmsöhbət olub.

Tarixçi Ə.Mirzəzadənin sözlərinə görə, qədim maddi mədəniyyət abidələrini tədqiq etmək həvəsi onda elə tələbəlik illərindən başlayıb:

"İlk belə nümunəni anadan olduğum Kövüzbulaq kəndində aşkarlamışam. Cəlilabad rayonunun ərazisi çox qədim dövrə gedib çıxır. Təkcə Uzuntəpə kəndinin ərazisi Neolit dövrünə gedib çıxır. 8-9 min ili əhatə edir".

Ələsgər müəlliminin bu işlə məşğul olduğunu bilən həm şagirdləri, həm də kənd sakinləri qazıntı və təsadüf nəticəsində tapdıqları bu kimi maddi mədəniyyət nümunələrinin ona təqdim edirlər:

"Eramızdan əvvəl I minilliyə və eramızın I minilliyinə aid bizdə Parfiya dövrünə aid pul var bizdə. Həmçinin onlardan sonra hakimiyyətə gələn Sasani lər dövrünə aid pul var. Bunlar Uzuntəpə kəndi ərazisindən tapılıb".

Onun sözlərinə görə, tapdığı qədim əşyalardan ən maraqlısı və dəyərlisi kənddən tapılan məişət qabıdır. Həmin tapıntını və digərlərini Cəlilabad Tarix Diyarşünaslıq muzeyinə verib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed