Cəlilabadda layihə rəhbərlərinin gənclərlə görüşü keçirilib

Cəlilabadda layihə rəhbərlərinin gənclərlə görüşü keçirilib

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalib layihələrindən olan "Rəqəmsal aqronomlar" şagird düşərgəsi layihəsinin rəhbəri Elçin Abbasov və "Smart city rəqəmsal dünyanın proqramlaşdırma dili" layihəsinin rəhbəri Fariz Rzayevlə gənclərin görüşü keçirilib.

"Report"xəbər verir ki, Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində keçirilən görüş Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Görüşdə Elçin Abbasov rəhbəri olduğu layihənin məqsədi, layihə çərçivəsində görülən işlər haqqında, SAF-2022 festivalı barəsində gənclərə məlumat verib. Eləcə də Fariz Rzayev rəhbəri olduğu layihə haqqında, layihənin məqsədi, qarşıda duran vəzifələr barədə məlumat verib.

Daha sonra layihə rəhbərləri gənclərin suallarını cavablandırıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed