Cəlilabadda bərbad vəziyyətə düşən məktəb yolu bərpa edilib

Cəlilabadda bərbad vəziyyətə düşən məktəb yolu bərpa edilib

Cəlilabad rayonunda yeni inşa edilən orta məktəbin bərbad vəziyyətdə olan yolu təmir edilib.

"Report"un Muğan bürosu xəbər verir ki, məsələ işıqlandırıldıqdan sonra problem aradan qaldırılıb.

Belə ki, yolda təmir-bərpa işləri aparılıb və əraziyə çınqıl daş döşənib. Bununla da təhsil müəssisəsinə gedən yolda müəllim və şagirdlərin hərəkətində yaranan çətinliklər aradan qaldırılıb.

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının şəhər ərazi dairəsi üzrə nümayəndəliyindən "Report"un yerli bürosuna bildirilib ki, yolda təmir-bərpa işləri bundan sonra da davam etdiriləcək. Qeyd edilib ki, yaxın vaxtlarda yola asfalt örtüyü də çəkiləcək.

Qeyd edək ki, bir müddət əvvəl məktəb yolunun bərbad vəziyyətdə olması barədə bir qrup rayon sakini "Report"un yerli bürosunamüraciət edib. Müraciətdə yağışlı havada şagirdlərin məktəbə gediş-gəlişinin problemə çevrildiyi bildirilib. Qeyd olunub ki, qış aylarında bir qədər yağış yağan kimi küçə subasmaya məruz qalır və uşaqları məktəbə piyada aparmaq çətinləşir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed