Buraxılış imtahanlarının nəticələri nə vaxt bilinəcək?

Buraxılış imtahanlarının nəticələri nə vaxt bilinəcək?

Buraxılış imtahanlarının nəticələri yaxın günlərdə elan olunacaq.

Dövlət İmtahan Mərkəzindən FaktXəbər-ə verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi iyunun 27-də Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 70081 şagird (IX sinif üzrə 39554, XI sinif üzrə 30527) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.Abbaszadə imtahanların gedişini müşahidə etmək üçün rayonlara səfər edib. Sədr gün ərzində bir neçə imtahan mərkəzində olub və hər iki növbə üzrə imtahan prosesini yaxından izləyib.

Xatırladaq ki, 9-cu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10:00-da başlanıb və 1 saat 30 dəqiqə ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanıb və 2 saat 45 dəqiqə müddətində aparılıb.

Mərkəzdən bildirilib ki, hazırda imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələr yaxın günlərdə elan ediləcək.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed