Bu şəxşlər sertifikasiya prosesindən keçmiş hesab olunur - Rəsmi Cavab

Bu şəxşlər sertifikasiya prosesindən keçmiş hesab olunur - Rəsmi Cavab

"Sertifikasıya prosesi iki mərhələdən ibarət olacaq.Vətəndaşlara test imtahanından bir ay öncə bununla bağlı dəqiq məlumat veriləcək".

AzEdu.azxəbər verir ki, bu sözləri İnsan Resursları Mərkəzinin dirketoru Nurlan İsmayılbəyli deyib

İlkin olaraq 60 sualdan ibarət test mərhələsi keçiriləcək."Səhv cavablar nəticəyə təsir göstərməyəcək. Düzgün cavab bir balla, səhv və boş qoyulan isə 0 balla qiymətləndiriləcək. Müəllimlərin sertifikasıya prosesinin növbəti mərhələsinə kəçməyi üçün 50 faiz göstəriciyə yəni, 30 bala ehtiyacları var".

Müsabiqə mərhələsində müəllimlərin özünütəqdimetmə, ünsiyyət, mövzu üzrə proqram hazırlama və qiymətləndirmə bacarıqları yoxlanılacaq

Burada beş meyyar əsas götürülərək 40 bal əsasında hesablanacaq. Test mərhələsində olduğu kimi 50 faiz yəni, 20 bal toplamış şəxslər məqbul hesab ediləcək.

30 bal test imtahanı zamanı, 20 bal isə müsaqibə mərhələsində olmaqla ümumi balı 50 balı keçən müəllimlər sertifikiyasiya mərhələsindən keçmiş hesab olunacaq.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed