BU İMTAHAN MODELİ tətbiq edilsə, təhsildə rüşvətin qarşısını almaq mümkün olmayacaq-ekspert

BU İMTAHAN MODELİ tətbiq edilsə, təhsildə rüşvətin qarşısını almaq mümkün olmayacaq-ekspert - 1

“Ölkəmizdə mövcud olan imtahan modelinin təkmilləşdirilməyə ehtiycı var”.

Bu sözləriAzEdu.az-aaçıqlamasındasosioloq Əhməd Qəşəmoğludeyib.

Belə ki, son zamanlar ölkəmizdə ali məktəblərə qəbul zamanı tətbiq edilən imtahan modelinin xarici dövlətlərdə olan model ilə uyğunlaşdırılması gündəmdədir.

Xatırladaq ki, bu ölkələrdə abituriyentlər universitetlərə imtahan vermədən məktəbdə əldə etdiyi göstəricilərə uyğun qəbul olunurlar.

Əhməd Qəşəmoğlu bu modelin ölkəmizdə tətbiq ediləcəyi təqdirdə hansı dəyişiklərin baş verəcəyindən söz açıb:

“Biz bütün dünyanın həyata keçirdiyi təhsil yeniliklərindən istifadə etmək məcburiyyətində deyilik. Çünki cəmiyyətimizin xüsusiyyətlərindən irəli gələn tələblər mövcuddur. Lakin Avropa ölkələrinin tətbiq etdiyi imtahan modeli olduqca effektivdir.

Ölkəmizdə mövcud olan imtahan modelinin təkmilləşdirilməyə ehtiycı var. Belə ki, şagirdlər orta məktəbdə dəfələrlə imtahan verir və buna uyğun müəyyən qiymətlər əldə edir. Buna uyğun olaraq onları universitetlərə qəbul etmək olar. Lakin nəzərə almaq lazımdır ki, belə olduqda təhsilə qarşı ayrı münasibət yaranacaq. Hamı çalışacaq ki, övladına yüksək qiymət yazıdırsın. Bu da anarxiya, özbaşnalıq və rüşvətin artmasına yol açacaq. Orta məktəblərdə neqativ halların qarşısını almaq mümkün olmayacaq”.

Sosioloq vurğulayır ki , fərqli mexanizm düşünərək yeni metodlardan istifadə etmək olar:

“Bunun üçün ali məktəblərin 1-ci semestrində təhsil alan şəxslərin məktəblərdə əldə etdiyi şişirtmə qiymətləri üzə çıxarmaq lazımdır. Üzə çıxsa ki, hansısa rayonun bir sinifində yüksək qitymətlər alaraq universitetə daxil olan şəxs əslində orta məktəbdə şişirtmə qiymətlə bitirib ona dərs keçən müəllim və məktəbin rəhbər şəxslərini cəzalandırmaq lazımdır. Xarici ölkələrdə orta məktəb qiyməti ilə universitetə daxil olmaq yaxşı modeldir, lakin bizim cəmiyyətdə olan neqativ xüsusiyyətlər bunu tətbiq etməyə imkan vermir. Əksər valideynlər çalışır ki, övladları yüksək təhsil deyil, yüksək qiymətlər alsınlar. Ona görə də bu sahədə başqa mexanizmləri gücləndirmək və orta məktəblər üçün vacib tədbirlər görmək lazımdır. Nail ola bilsək ki, orta məktəbdəki qiymətlər obyektivdir, bu zaman xarici ölkədə olan metodlardan istifadə etmək olar. Çünki bu tip imtahanlar həm maddi xərc tələb edir, həm də nsanlar psixoloji sarsıntı keçirir. Orta məktəb müəllimi obyektiv olsa, hər şey yaxşı olar. Dəfələrlə müşahidə etmişəm ki, savadlı insan özünü itirərək imtahandan kəsilir. Bu modeldən istifadə etmək üçün məktəbdəki qiymətlər obyetiv olmalıdır”.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed