BMU-da qış imtahan sessiyası başa çatdı

BMU-da qış imtahan sessiyası başa çatdı

Bakı Mühəndislik Universitetində (BMU) yanvar ayının 5-də başlayan payız semestrinin qış imtahan sessiyası başa çatıb. Sessiya ərzində tələbələr ümumilikdə1273imtahan veriblər.

BMU-danAzEdu.az-a bildirilib ki, mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil edilən imtahanlarda hər bir otağa düşən iştirakçı sayı sosial məsafə prinsipinə əsasən tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.

BMU-nun rektoru, professor Havar Məmmədov başda olmaqla universitet rəhbərliyi prosesi diqqət mərkəzində saxlayıb və imtahanların gedişini izləyiblər.

Qış imtahan sessiyasının şəffaf və mövcud qaydalara uyğun keçirilməsi məqsədilə bütün zəruri tədbirlər yüksək səviyyədə həyata keçirilib. Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq, qərəzsizlik və obyektivlik təmin edilib.

İmtahan sessiyasında yarana biləcək neqativ halların operativ şəkildə araşdırılması məqsədilə apellyasiya komissiyası fəaliyyət göstərib. Tələbələrin imtahan bitdikdən sonra ərizə ilə komissiyaya maneəsiz müraciət etmələri üçün bütün imkanlar yaradılıb.

Apellyasiya komissiyasına sessiya dövründə 279 müraciət daxil olub. Komissiyanın qərarına əsasən 95 tələbənin qiymətində müəyyən düzəlişlər edilib. Müraciətlərin bir hissəsində texniki səhvlər aradan qaldırılıb. Digər qismində isə komissiya üzvlərinin qərarı ilə tələbələrin cavab kağızındaonlarınlehinə müəyyən nüansların olması əsas götürülüb.

Bütövlükdə yüksək fəallıq şəraitində keçən imtahanlar uğurla başa çatıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed