Bir sinifdə qanuni neçə şagird olmalıdır?

Bir sinifdə qanuni neçə şagird olmalıdır?

Bakının Binəqədi rayonu Binəqədi qəsəbəsindəki 182 saylı orta məktəbin I sinif şagirdlərinin valideynləri övladlarının təhsil aldıqları siniflərdə şagirdlərin sayının həddindən artıq çox olmasından narazılıq ediblər.

Valideynlər bildiriblər ki, I siniflərdə şagirdlərin sayı 35-40 arasındadır, şagird sayının bu qədər çox olması onların uşaqlarının tədrisinə mənfi təsir göstərə bilər.

Qeyd edək ki, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə uyğun olaraq, ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilməlidir. Zəruri hallarda ümumtəhsil müəssisələrində mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflərdə şagirdlərin sayı 20 nəfərdən az ola bilər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva isə Trend-ə verdiyi açıqlamasında siniflərin 35-40 şagirddən ibarət formalaşmasının səbəbini Binəqədi qəsəbəsinin əhalisinin sayının artması ilə izah edib.

Onun sözlərinə görə, son illərdə Binəqədi qəsəbəsində əhalinin intensiv məskunlaşması nəticəsində burada yaşayanların sayı sürətlə artıb və müvafiq olaraq məktəbyaşlı uşaqların sayı da xeyli çoxalıb.

Binəqədi qəsəbəsinin demoqrafik vəziyyəti və burada başqa məktəbin olmaması nəzərə alaraq, məktəb yaşı çatmış uşaqların məktəbə qəbulundan imtina edilməyib.

A.Tairquliyeva bildirib ki, cari dərs ilinin əvvəlinə 182 nömrəli məktəbdə 11 komplekt 1-ci sinfin açılması planlaşdırılsa da, uşaq sayının artması ilə əlaqədar 17 komplekt 1-ci sinif açılıb.

Valideynlərin digər narazılığına - bəzi I sinif şagirdlərinin müəllimlərinin dəyişdirilməsinə, onların əvvəlcədən müəyyənləşdirilmiş müəllimin sinfinə deyil, yeni sinfə daxil edilməsi ilə bağlı şikayətlərinə gəldikdə isə, A.Tairquliyeva deyib ki, şagirdlərin müəllimləri əvvəlcədən müəyyənləşdirilə bilməz. Şagirdlərin siniflərdə komplektləşdirilməsi barədə məktəb direktorlarına 08.06.2015-ci il tarixdə müvafiq göstəriş verilib.

Milli.Az

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__13618572

Menimcin maraqlidir bes bu basi belali rayon kend mekteblerinde usaqlarin sayi minimum nece olsa komplektlesdirile biler.ibtidai sinifleri nezerde tuturam.meselen bizim mektebin her sinfinde 10,11,12ve10 sagird var rts dan deyirler ki bu sinifler komplekt ola biler.bu ne derrecede dogrudur.

Qonaq__13643252

Bizim sinifdə 25 uşaq var

Qonaq__13974363

eger mektebin imkani varsa 15-17 nefere bir sinif acmaq olar

Qonaq__14269140

bizim sinifdə 27 usaq var.

Qonaq__14831107

1CI SINIFDE 38 SAGIRD VAR? OBIRI SINIFDE 22 SAGIRD BU NE QEDER DUZGUN HALDIR?

Qonaq__24674523

Iptidayi sinifdà 12 şaqird varsa o sinif tàdris ilin ortasında baglana bilàr?

Qonaq__31558515

məsələn 5 ci sinifdə bir şagir varsa cinif açıla bilər?

Qonaq__37258952

Bir sinifde nece sagir olarsa sinif kompleklesir.yeni iki sinif birlesir

Qonaq__42802094

Egee sinifde 18 19 sagird varsa o sinif baglana biler?

Qonaq__43083892

zaqatala rayon əliabad qəsəbə məktəbində dörd şagird oduğuna göre mektebde gürcü sinifde birinci sinif ləğv edilib.gələcəkdə həmin qəsəbədə yaşayan az sayli millətin nümayəndələri olan müəllimlərin çörəyinə qənim kəsilmək deməkdir.Buna görə dəbir uşaqda olsa qeyri dilde olan az sayli azərbaycanlilari məhv rtmək olmaz!

Qonaq__55911114

Mene maraqlidir illerin muellimini diaqnostik qiymetlendirmede az bal topladigi ucun sinifi baglanib bu ne derecede dogrudur. Belke muellim heyacan kecirib? Usaqlarda diger 2 sinife parcalanib. Deyirler usaq sayi bitmir. Umumiyyetle bir sinifde nece usaq olmali?

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed