Beynəlxalq Türk Akademiyası Qazaxıstanın Arxeologiya İnstitutu ilə əməkdaşlıq edəcək

Beynəlxalq Türk Akademiyası Qazaxıstanın Arxeologiya İnstitutu ilə əməkdaşlıq edəcək

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Qazaxıstanın Almatı şəhərində Alkey Marğulan Arxeologiya İnstitutunun direktoru Akan Onğarulı ilə görüşüb.

AMEA-danAZƏRTAC-a bildirilib ki, görüşdə arxeoloji tədqiqatlar sahəsində qarşılıqlı əməkdaşlıq potensialı, o cümlədən maddi və qeyri-maddi mədəni irs, arxeologiya, tarix, sənətşünaslıq, etnoqrafiya və tarixi coğrafiya sahələrində birgə elmi araşdırmaların aparılması məsələləri müzakirə edilib.

Türk xalqlarının arxeoloji abidələrinin və mədəni irsinin öyrənilməsi məqsədilə Alkey Marğulan Arxeologiya İnstitutu ilə əməkdaşlığı gücləndirmək niyyətində olduğunu vurğulayan Ş.Mustafayev institutun mütəxəssislərini birgə layihələrdə iştirak etməyə dəvət edib.

İnstitutun son illər gördüyü işlər barədə məlumat verən Akan Onğarulı qurumun gələcəkdə nəzərdə tutulan fəaliyyət istiqamətlərindən danışıb.

Görüşün sonunda tərəflər iki elmi qurum arasında sıx əməkdaşlığın qurulması barədə razılığa gəliblər.

  • Paylaşmağı unutma

Səhr yaz

......