BDU-ya 2022/2023-cü tədris ilində 120 əcnəbi vətəndaş qəbul olub

BDU-ya 2022/2023-cü tədris ilində 120 əcnəbi vətəndaş qəbul olub

BDU-ya 2022/2023-cü tədris ilində 120 əcnəbi vətəndaş qəbul olub.

Bu barədə"Report"a Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əcnəbi vətəndaşların qəbulu və ölkəmizdə təhsil alan əcnəbi tələbələrin məlumatlarının toplanması aidiyyəti elektron resurslar (portal.edu.az və atis.edu.az) vasitəsilə aparılır. Türkiyə, İran, Rusiya, Pakistan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Banqladeş, Çad, Ukrayna, Gürcüstan, Çin, Nigeriya, Küveyt və digər ölkələrdən Bakı Dövlət Universitetində (BDU) təhsil almaq üçün çoxsaylı müraciətlər daxil olmaqdadır.

2022/2023-cü tədris ili üzrə bu günədək BDU-ya bakalavriaturaya 34, magistraturaya 28, doktoranturaya 7, hazırlıq qruplarına isə 51 nəfər olmaqla, ümumilikdə 120 nəfər əcnəbi vətəndaş qəbul olub. Bu da ötən illərə nisbətən böyük göstəricidir. BDU-da əcnəbi vətəndaşların qəbul prosesi davam edir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed