BDU-nun tələbələri Fiziologiya İnstitutunda praktiki vərdişlərə yiyələnirlər

Akademik A.Qarayev adına Fiziologiya İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kurs tələbələri və magistrantları biologiya və biologiya müəllimliyi ixtisası üzrə istehsalat təcrübəsinə başlayıblar.

Bu barədəAZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib. Bildirilib ki, tələbələrə dünya praktikasında tətbiq olunan metodlar haqqında məlumat verilib. Eyni zamanda, onlar institutun laboratoriyalarda aparılan elmi-tədqiqat işləri ilə tanış olublar.

İlkin olaraq tələbələr institutun Görmənin və neyrodegenerativ proseslərinin fiziologiyası, Mühit amilləri və analizatorların formalaşması və Ekotoksikologiya laboratoriyalarının elmi seminarlarında iştirak edərək tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərə yiyələnirlər.

İstehsalat təcrübəsi aprelin 19-dək davam edəcək.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed