BDU-nun Hirş indeksi 55 oldu

“Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, son 4 ay ərzində Bakı Dövlət Universitetinin (BDU) Hirş indeksi 2 bal artaraq 55 olub.

BDU-danAZƏRTAC-a bildirilib ki, hər bir əsərə istinadların orta sayı 6.68-ə qədər yüksəlib.

Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorant və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 3744 elmi əsər çap edilib. Bu əsərlərə 25000-dən çox istinad olunub. 2022-ci ildə “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən nəşr edilən əsərlərə 5470-dən çox istinad edilib ki, bu da 2018-ci ildə edilmiş istinadlardan (1771 istinad) 3 dəfə çoxdur.

Onu da qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında liderliyini qoruyur.

Qeyd edək ki, tədqiqat universitetinə çevrilmək missiyasını öz üzərinə götürən BDU elmi-tədqiqatlarda keyfiyyətin artırılmasına xüsusi fikir verir. BDU elmdə və təhsildə yüksək keyfiyyətin təmin olunmasını əsas vəzifələrindən hesab edir və keyfiyyət siyasətinin formalaşmasını idarəetmənin əsaslarından biri kimi nəzərdə tutur. Ölkənin davamlı inkişafı naminə elmi yenilikləri və innovasiyaları tədris prosesinə tətbiq etməklə “təhsil-elm-istehsalat” formatında fəaliyyətin qurulması, insan kapitalının inkişafında aparıcı mövqenin qorunması, tələbələrdə tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktik bilik, bacarıq və vərdişlərin formalaşdırılması, ölkədaxili və beynəlxalq əməkdaşlığın yeni müstəviyə yüksəldilməsi, dünyanın tanınmış ali təhsil müəssisələri ilə professor-müəllim heyətinin təcrübəsinin artırılması, elmi nəticələrin istehsalatda tətbiq olunması, ölkənin və cəmiyyətin sosial-iqtisadi problemlərinin həllində iştirak BDU-nun fəaliyyətinin tərkib hissəsidir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed