BDU-nun “Gəncliyin Zəfər sədası” platformasının fəal iştirakçıları mükafatlandırılıb

BDU-nun “Gəncliyin Zəfər sədası” platformasının fəal iştirakçıları mükafatlandırılıb

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin IV kurs tələbələrinin formalaşdırdığı “Gəncliyin Zəfər sədası” adlı vahid platformanın fəal iştirakçıları mükafatlandırılıb.

Bu barədəAZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, layihənin uğurla başa çatması ilə bağlı keçirilən mükafatlandırma mərasimində fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Şəbəkənin aktiv üzvlərinin hər birinə xüsusi təşəkkürnamələr verilib. BDU-nun və Sosial Tədqiqatlar Mərkəzinin rəhbərliyi iştirakçılara təşəkkür və təbrik məktubları ünvanlayıb.

Qeyd edək ki, noyabrın 6-dan 8-dək olan müddətdə 500-ə yaxın gənc sosial şəbəkələrdə Zəfər trendi formalaşdırıb, müvafiq həştəqlərlə tvitlər atıb. Əsgər və zabitlərimizin igidliyi nəticəsində Vətən müharibəsində qazandığımız Böyük Zəfərlə əlaqəli yaradılan həştəqlər həm respublika daxilində, həm də dünya trendində birinci yerə yüksəlib. Layihəyə Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professor-müəllim heyəti rəhbərlik edib.

Sözügedən layihənin üzvləri sosial şəbəkələrdə aşağıdakı həştəqlərlə paylaşımlar ediblər:

#Zəfərinamdanbaşlayır

#Zəfərfədakarlıqlaqazanılır

#Zəfərqorumaqlayaşadılır

#victoriousAzerbaijan

#Victoryday

#Trustinvictory

#Sacrifaceforvictory

#KarabakhisAzerbaijan

#8novemberisvictoryday

#VictorydayofAzerbaijan

#ShushaisAzerbaijan

#Azerbaijanitruths #Azerbaijan #Shusha

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed