BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edib

BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edib

Bakı Dövlət Universiteti (BDU) 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir.

Bu barədəAZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, müsabiqənin məqsədi BDU-nun yaşı 35-ə qədər olan, il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc edilmiş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

Müsabiqə üzrə qaliblər aşağıdakı iki nominasiya üzrə “İlin gənc alimi” adını alır, BDU-nun döş nişanı, diplom və pul mükafatları ilə təltif edilirlər:

Təbiət və texnika elmləri üzrə – 1 mükafat (2 000 manat);

Humanitar və ictimai elmlər üzrə – 1 mükafat (2 000 manat).

Müsabiqəyə təqdim olunan iddia sənədləri aşağıda göstərilən meyarlar üzrə qiymətləndiriləcək:

2022-ci ildə dərc olunmuş elmi məqalələrinin ümumi sayı 3-dən az olmamalı, o cümlədən təbiət və texnika elmləri sahələri üzrə ən azı 1 məqalə “Web of Science” və ya “Scopus”; humanitar və ictimai elm sahələri üzrə ən azı 1 məqalə “Web of Science”, “Scopus” və digər nüfuzlu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan jurnallarda dərc olunmalıdır (əsli və/və ya surəti, PDF formatda, DOİ və internet linki göstərilməklə müsabiqəyə təqdim olunmalıdır);

Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar yanvarın 5-dən başlayaraq elektron formada və ya kağız şəklində qəbul olunur;

Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlərin və digər müşayiətedici materialların qəbulu yanvarın 25-də saat 17.00-da başa çatacaq.

İddiaçılar müsabiqədə iştirakla bağlı hüquqi sənədləri və digər müşayiətedici materialları (“Müsabiqənin meyarları” bölməsində göstərilmiş materiallar elektron formada)elm-innovasiyalar@bsu.edu.azünvanına təqdim etməlidirlər.

Müsabiqədə yalnız BDU-nun magistrant, doktorant və əməkdaşları fərdi şəkildə iştirak edə bilərlər.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed