BDU Gürcüstan universitetləri ilə əməkdaşlıq edəcək

Bakı Dövlət Universiteti (BDU) Gürcüstanın ali təhsil müəssisələri ilə əməkdaşlıq edəcək.

"Report" xəbər verir ki, bu barədə Bakıda jurnalistlərə Gürcüstanın təhsil naziri Mixail Çxenkeli məlumat verib.

O, Azərbaycan və Gürcüstanın təhsil sahəsində əməkdaşlığı davam etdirdiyini vurğulayaraq, bu gün BDU-nun rektoru ilə təhsil və elm sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsini müzakirə etdiyini bildirib.

"Biz BDU ilə Gürcüstan universitetləri arasında əməkdaşlığın həyata keçirilməsi haqqında razılığa gəldik. Əməkdaşlığın təfərrüatlarını müzakirə etmək üçün rektoru Gürcüstana səfərə dəvət etdim. Həmçinin ali təhsil müəssisələri arasında elmi-tədqiqat sahəsində əməkdaşlığın gücləndirilməsinə çalışacağıq", - M.Çxenkeli əlavə edib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed