BDU-da I Milli Texnologiya Sərgisi keçiriləcək

BDU-da I Milli Texnologiya Sərgisi keçiriləcək

Martın 30-da Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə I Milli Texnologiya Sərgisi keçiriləcək. Azərbaycanda Elm Gününə həsr olunacaq sərgidə BDU-nun gənc tədqiqatçıları və tələbələrinin hazırlanmış müxtəlif innovasiya və texnologiya layihələri nümayiş olunacaq.

Bu barədə AzEdu.az-a BDU-dan məlumat verilib. Bildirilib ki, sərgidə aşağıda qeyd edilən sahələr üzrə layihələr nümayiş olunacaq:

– Proqramlaşdırıla bilən mikrosxemlər (Arduino, Raspberry Pi) və onların əsasında hazırlanmış ağıllı həllərin müxtəlif sahələrdə tətbiqləri;

– Əşyaların interneti (IoT) və maşından maşına (M2M) texnologiyaları əsasında “Smart Life” – “ağıllı” şəhər və kənd konsepsiyası layihələri;

– Modelləşdirmə və 3D çap texnologiyaları;

– Proqramlaşdırma və internet texnologiyaları.

Sərgi iştirakçısı olan komandalar tərəfindən öz layihələrinin elektron dövrəsinin hazırlanması, proqramlaşdırılması, prototipin gövdəsinin 3D modelinin hazırlanması və çap edilməsi prosesləri canlı formada mərhələli olaraq təqdim ediləcək.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed