BDU-da Avstriyanın Sosial İnnovasiyalar Mərkəzinin əməkdaşları ilə görüş

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzində Avstriyanın Sosial İnnovasiyalar Mərkəzinin Tədqiqat siyasəti və inkişaf şöbəsinin əməkdaşları Martin Felix Gajdusek və İnna Petrenko ilə görüş keçirilib.

Bu barədəAZƏRTAC-a BDU-dan məlumat verilib.

Görüşün məqsədi BDU-da tədqiqat və innovasiya sahəsində aparılan işlərlə tanışlıq, universitet alimlərinin Avropa İttifaqının tədqiqat proqramlarında iştirak imkanlarının qiymətləndirilməsi olub.

Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əməkdaşı Mustafa Muradov qonaqlara mərkəzdə aparılan tədqiqatlar, innovativ layihələr haqqında məlumat verib. Mərkəzin laboratoriyalarının Avropa İttifaqı ölkələri ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qonaqlar tərəfindən laboratoriya əməkdaşlarının Elm və Texnologiya üzrə Avropa Əməkdaşlığı (COST - European Cooperation in Science and Technology) layihələrində iştirakı yüksək qiymətləndirilib.

Biotibbi materiallar kafedrasının müdiri Ülviyyə Həsənova isə yeni yaradılan kafedra və planlaşdırılan tədqiqat istiqamətləri barədə məlumat verib. Eyni zamanda, 2022-ci ildə BDU-nun qalib olduğu “Erasmus+Jean Monnet Module”, hazırda üzərində işlənilən “Erasmus+CBHE” layihələri haqqında müzakirələr aparılıb. Müzakirələr zamanı Avropadan olan tərəfdaşlarla birgə layihələrin hazırlanması və yeni ixtisasların yaradılması məsələlərinə geniş yer verilib.

Görüşdə, həmçinin BDU-nun nəzdində “Gənc istedadlar” liseyi şagirdlərinin “Sabahın alimləri” XII respublika müsabiqəsində qazandığı uğurlar diqqətə çatdırılıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed