Baş direktor: ADPU-nun ikili diplom proqramına 40 tələbənin qəbul edilməsi gözlənilir

Baş direktor: ADPU-nun ikili diplom proqramına 40 tələbənin qəbul edilməsi gözlənilir

2023-2024-cü tədris ili üçün Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) arasında həyata keçirilən təhsil siyasəti və idarəetməsi ixtisası üzrə magistratura proqramına növbəti qəbul prosesi açıq elan edilib. Proqrama 40 tələbənin qəbul edilməsi gözlənilir. Yeni tədris ili üçün proqrama sənəd qəbulu martın 30-dək aparılacaq.

Bu barədəAZƏRTAC-a ADPU-nun ikili diplom proqramının baş direktoru Tofiq Əhmədov məlumat verib. T.Əhmədov qeyd edib ki, tələbələr Dövlət İmtahan Mərkəzinin keçirdiyi magistraturaya qəbul imtahanı ilə yanaşı, Corc Vaşinqton Universitetinin tələb etdiyi tələbə qəbulu üçün nəzərdə tutulan sənədləri də təqdim etməlidirlər. Bu sənədlər arasında dil sertifikatı, motivasiya məktubu, tövsiyə məktubu, bakalavr diplomu və qiymət cədvəli də var. Namizədlərin bütün nəticələri və şəxsi nailiyyətləri tam şəkildə (holistic) qiymətləndirmə əsasında dəyərləndirildikdən sonra Corc Vaşinqton Universitetinin seçim komissiyası uğurlu namizədləri müsahibəyə dəvət edəcək. Müsahibələr zamanı iddiaçılar arasında potensialı daha güclü olanlara, indiyə qədər əldə etdikləri nailiyyətlərə əsasən ölkə təhsilinə mühüm töhfə vermək potensialına malik namizədlərə üstünlük veriləcək.

İkili diplom proqramının yaradılması Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin “Ali Təhsil və İnsan İnkişafı Məktəbi” arasında 2019-cu il iyunun 25-də imzalanmış müqaviləyə əsaslanır. Proqram 2018-ci il noyabrın 16-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında fəaliyyət göstərir.

İlkin olaraq proqrama 25 tələbə qəbul olunub. 2021-ci və 2022-ci illər proqramının ikinci və üçüncü qəbulları həyata keçirilib. Ötən il ADPU-CVU ikili diplom proqramının ilk məzun günü təşkil edilib.

Proqram intensiv təhsil proqramı əsasında həyata keçirilir. Burada 10 fənn Azərbaycan Dövlət Pedaqoji Universiteti, 10 fənn isə Corc Vaşinqton Universiteti tərəfindən tədris olunur. Təhsil proqramı Bakıda, ingilis dilində keçirilir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed