Bakıda ADR-in görkəmli tədqiqatçısı Aydın Balayevin xatirəsi anılıb

Bakıda ADR-in görkəmli tədqiqatçısı Aydın Balayevin xatirəsi anılıb

Bakıda ömrünü Azərbaycan Demokratik Respublikası (ADR) dövrünün tədqiqinə həsr etmiş görkəmli tarixçi alim, elmlər doktoru Aydın Balayevin xatirəsi ehtiramla yad edilib.

"Report"xəbər verir ki, mərasimdə tədqiqatlarına sona qədər sadiq qalan və ömrünün son aylarında üzərində işlədiyi trilogiyanı tamamlamağa nail olan alimin yaxınları, dostları və həmkarları iştirak ediblər.

Bu əsərlər onun 2021-ci ilin dekabrında qəfil ölümündən sonra işıq üzü görüb.

Aydın Balayev AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib, SSRİ Elmlər Akademiyası Etnologiya İnstitutunun aspiranturasında təhsil alıb, burada namizədlik dissertasiyasını müdafiə edib.

Azərbaycan Milli Elmlər Akademiyasında işləyərkən Azərbaycan Xalq Cümhuriyyəti dövrünü tədqiq edib. Onun elmi əsərlərinin əksəriyyəti bu mövzuya həsr olunub. Bura AXC-nin görkəmli xadimləri Məmməd Əmin Rəsulzadənin, Əhməd bəy Ağaoğlunun tərcümeyi-hallarını da aid etmək olar.

Onun etnososiologiya, etnik sosiolinqvistika və Azərbaycanın siyasi tarixinə dair 90-dan çox əsəri, o cümlədən “1917-1918-ci illərdə Azərbaycan milli hərəkatı”, “XIX-XX əsrlərdə Azərbaycanda etno-linqvistik proseslər”, “Fevral inqilabı və milli ucqarlar. Azərbaycanda 1918-ci il mart hadisələri”, “Azərbaycan türkləri”, “Azərbaycan milləti: XIX-XX əsrlərin qovşağında əsas formalaşma mərhələləri” kimi əsərləri çap olunub.

A.Balayevin 25-dən çox əsəri xarici dillərə tərcümə edilib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed