Bakı məktəblərində OCEP çərçivəsində tədbirlər təşkil edilib

Bakı məktəblərində OCEP çərçivəsində tədbirlər təşkil edilib

Paytaxt Bakıdakı 193 nömrəli tam orta məktəbdə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində Azərbaycan-Qətər dostluğuna həsr olunan tədbir keçirilib.

Bu barədəAZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəbin direktoru Nihal Hacıyeva OCEP çərçivəsində şagirdlərin uğurları barədə məlumat verib.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva Avropa Olimpiya komitələrinə üzv ölkələrin uşaq və gəncləri vasitəsilə mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etmək məqsədi daşıyan OCEP layihəsi barədə danışıb. İdarə müdiri paytaxt məktəblərində uğurla həyata keçirilən layihəni Azərbaycan və Avropa ölkələri arasında əməkdaşlığı inkişaf etdirmək, qardaşlaşmış məktəblər arasında məlumat və təcrübə mübadiləsi aparmaq, həmçinin olimpiya dəyərlərini təbliğ etmək baxımından yüksək qiymətləndirib.

Qətərin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ölkəsinin Milli Müstəqillik Günü ərəfəsində Azərbaycan məktəblilərinin iştirakı ilə hazırlanan maraqlı proqramı dost ölkənin ən gözəl hədiyyəsi kimi qiymətləndirib. Səfir bildirib ki, bu tədbir Azərbaycanla Qətər arasındakı güclü İslam həmrəyliyinə əsaslanan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin daha bir nümunəsidir.

Görüşdə çıxış edənlər OCEP layihəsinə qoşulmuş məktəblərin Azərbaycanı başqa ölkələrdə tanıtmaqla yanaşı, həm də Avropa ölkələrinin tarixi, mədəniyyəti, incəsənəti və idmanının ölkəmizdə təbliğindəki rolundan bəhs ediblər.

Tədbirdə şagirdlər Qətərin milli rəqslərini ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

OCEP layihəsi çərçivəsində daha bir tədbir paytaxtdakı 220 nömrəli məktəb-liseydə təşkil edilib. Mərasimdə 2019-cu ilin fevral ayından etibarən layihəyə cəlb olunmuş paytaxt məktəblərinin seçdikləri ölkələrin maddi-mənəvi irsi ilə bağlı hazırladıqları mədəni, idman həmrəyliyini təcəssüm etdirən silsilə tədbirlər, intellektual yarışlar yüksək qiymətləndirilib. Bildirilib ki, OCEP bu yolla həmrəylik, sülhsevərlik, multikultural dəyərlərə sadiqlik mesajını bütün dünyaya yayır.

Çıxış edənlər təhsil, mədəniyyət və idmanı özündə birləşdirən OCEP layihəsinin gələcəyin sağlam və əqidəli gəncliyinin yetişməsinə verəcəyi töhfələrdən danışıblar.

Şagirdlər Azərbaycan və İsveç milli nağıllarının sintezindən ibarət “Nağıllar aləmi” adlı kompozisiya və hər iki ölkənin milli rəqslərini nümayiş etdiriblər.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed