Bakı Dövlət Universitetində tələbələrinin təqaüd problemləri üzə çıxdı

Bakı Dövlət Universitetində tələbələrinin təqaüd problemləri üzə çıxdı
Bakı Dövlət Universitetində (BDU) tələbə təqaüdləri gecikdirilir.

BDU-nun sonuncu IV kurs tələbələri iki aydır təqaüd ala bilmirlər. Aprel və may aylarının təqaüdlərininin niyə gecikdirilməsi barədə isə onlara heç bir məlumat verilmir.
Millli.Az bildirir ki, BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Məzahir Pənahov azvision.az-a açıqlamasında faktı qismən təsdiqləyib.
"Aprel ayının təqaüdlərində gecikmə yoxdur. Amma IV kurs tələbələri may ayının 29-da sonuncu imtahanı veriblər və onların imtahan nəticələri Təqaüd komissiyasında təhlil olunur. Məhz buna görə bütün IV kursların universitet üzrə təqaüdləri verilməyib. Onların təqaüdləri iyun ayının ilk on günlüyünə qədər veriləcək", - deyə Məzahir Pənahov bildirib.
Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed