AzTU Türkiyə universitetləri ilə ikili diplom proqramı üzrə əməkdaşlıq edəcək

AzTU Türkiyə universitetləri ilə ikili diplom proqramı üzrə əməkdaşlıq edəcək

Azərbaycan Texniki Universiteti (AzTU) ötən il ikili diplom proqramı üzrə Almaniyanın Brandenburq Texniki Universiteti Cottbus-Senftenberg (BTU Cottbus-Senftenberg), Türkiyənin OSTİM Texniki Universiteti kimi qabaqcıl ali məktəblərlə əməkdaşlığa başlayıb.

AzTU-danAZƏRTAC-a bildirilib ki, Eskişehir Texniki Universiteti və Hacettepe Universiteti ilə də bu istiqamətdə razılaşmalar əldə edilib. Daha sonra bakalavriat və magistratura səviyyələri ilə yanaşı, doktoranturada da ikili diplom müqavilələrinin icrasına nail olunub və bu istiqamətdə BTU Cottbus-Senftenberg ilə əməkdaşlığa başlanılıb.

Bu işlər “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi çərçivəsində reallaşıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed