Azərbaycanlı bir müəllim milyoner olacaq (o kimdir) ?!

Azərbaycanlı bir müəllim milyoner olacaq (o kimdir) ?!

Balakən rayonundakı akademik Zərifə Əliyeva adına 3 saylı tam orta məktəbin ingilis dili müəllimi Məhəmməd Qarakişiyev dünya müəllimlərinin müsabiqəsinin final mərhələsinə çıxıb. Təhsil Nazirliyindən "Report"a verilən xəbərə görə, M.Qarakişiyev ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu "Varkey GEMS" Fondu tərəfindən təsis olunan "Dünya Müəllimi Mükafatı"nın ( Global Teacher Prize) 50 finalçısı arasında yer alıb.
"Varkey GEMS" Fondunun yaydığı açıqlamada (www.globalteacherprize.org) bildirilir ki, mükafat fondu 1000000 ABŞ dolları olan və dünya təhsil ictimaiyyətində "məktəb müəllimləri üçün Nobel mükafatı" kimi qiymətləndirilən müsabiqənin ilkin mərhələsində dünyanın 150-dən artıq ölkəsindən 5000 müəllim iştirak edib. Müsabiqəyə ABŞ, Böyük Britaniya, İtaliya, Keniya, Uqanda, Hindistan, Əfqanıstan, Avstraliya, Argentina, Meksika, İordaniya və digər ölkələrdən olan müəllimlər qatılıblar. Növbəti mərhələyə onlardan 1300-ü keçib. Final mərhələyə isə Məhəmməd Qarakişiyev də daxil olmaqla 50 müəllim çıxıb. 50 finalçı bütövlükdə 26 ölkəni təmsil edir.
Qeyd edək ki, müsabiqənin qalibi 2015-ci il martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində elan olunacaq. Növbəti mərhələdə 50 namizəd arasından 10 nəfər seçiləcək və onlardan bir nəfər 1000000 ABŞ dolları həcmində "Dünya Müəllimi Mükafatı"nı alacaq.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__5879960

samaxi

Qonaq__6291213

Lerik

Gunel22

basucaligi

Qonaq__5256609

Məhəmməd müəllimə uğurlar !

Qonaq__6348362

El oğlumuza uğurlar arzulayıram.

Qonaq__3844845

Məhəmməd müəllimə uğurlar!Bizim əlimizdən ancaq dua etmək gəllər ki,Allah ona iş avadlığı versin.

Qonaq__6408186

qalib olsada olmasada fexrimizdi

Aliyev2002

UĞURLAR!!! İnşallah Azərbaycanın adını ucaldar

Qonaq__6594988

MƏHƏMMƏD MUƏLLİMİ LƏNKƏRANlN PEDAQOJİ İCTİMAİYYƏTİ ADlNDAN TƏBRİK EDİRİK!!! BU,COX BÖYUK UGURDUR!QOY DUNYA BİLSİN Kİ,AZƏRBAYCAN SİVİL DÖVLƏTDİR! BURADA MƏHƏMMƏD KİMİ ZƏKALAR ÇOXDUR!

Qonaq__6594988

YOLUN AÇlQ OLSUN! TALE SƏNƏ YAR OLSUN! BİZ SƏNƏ İNANlRlQ!!!

Qonaq__6755779

ugurlar

Safiyya

Məhəmməd müəllim bir həmkar kimi çox sevinirəm.Adınızın U C A L I Ğ I N I dünyaya sübut edin

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed