Azərbaycanın ilk maarifçi qadınlarından biri - Həmidə Cavanşir

Azərbaycanın ilk maarifçi qadınlarından biri - Həmidə Cavanşir

Milli Azərbaycan Tarixi Muzeyinin Fotoneqativ materialları fondunda Azərbaycanın ilk maarifçi qadınlarından biri, tərcüməçi, xeyriyyəçi Həmidə Cavanşir-Məmmədquluzadəyə aid foto qorunur.

Bu barədəAZƏRTAC-a muzeydən məlumat verilib.

Həmidə Cavanşir 1873-cü ildə Şuşada tarixçi Əhməd bəy Cavanşirin ailəsində dünyaya gəlib. İlk təhsilini evdə alan Həmidə Cavanşir yüksək intellektə, geniş dünyagörüşünə malik olub.

Həmidə Cavanşir Azərbaycan yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadim Cəlil Məmmədquluzadə ilə ailə həyatı qurub. Tiflis Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinin yaradıcılarından və ən fəal üzvlərindən olan Həmidə Cavanşir Mirzə Cəlil ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyəti illərində dövlətin ictimai və maarifçilik işlərində fəal iştirak edib, əhalinin, xüsusilə qızların təhsil almasına daim diqqət göstərib.

Həmidə Cavanşir 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açıb və həmin məktəbdə dərs deyib. O, Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutub.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed