Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə yeni töhfə

Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə yeni töhfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə “Ədəbi portretlər (özbək şair və yazıçıları)” kitabı nəşr olunub.

AZƏRTACxəbər verir ki, nəşrdə Özbəkistan Respublikası Prezidentinin Sərəncamı ilə yubileyləri qeyd olunacaq görkəmli özbək şair və yazıçıları haqqında məqalələr toplanıb. Kitab Özbəkistanın Azərbaycandakı səfirliyi ilə birgə əməkdaşlıq sayəsində ərsəyə gəlib.

Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın redaktorluğu və “Ön söz”ü ilə nəşr olunmuş topluda AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylinin və Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanovun giriş sözləri yer alıb.

Nəşrin “Ön söz”ündə qeyd edilir ki, Azərbaycan və özbək xalqlarının ədəbi-mədəni əlaqələrinin çoxəsrlik bir tarixi olmasına baxmayaraq, müstəqillik dövrü yalnız bu əlaqələrin çiçəklənməsi üçün şərait yaratmaqla kifayətlənmədi, həm də bu minillik tarixi ənənələri yeni tələblər əsasında saf-çürük etməyi, yeni prinsiplər müstəvisində dərindən öyrənməyi, istiqlal məfkurəsi baxımından geniş şəkildə işıqlandırmağı müasir ədəbiyyatşünaslıq qarşısında ciddi vəzifə kimi qoydu. Müstəqillik illərində Azərbaycan-özbək ədəbi əlaqələri müxtəlif aspektlərdə – həm tədqiqat, həm də dissertasiya mövzusu olaraq geniş araşdırılıb.

Topluda elmi-nəzəri kontekstdə təqdim olunan məqalələr Ədəbiyyat İnstitutunun əməkdaşları - Almaz Ülvi, Yaşar Qasımbəyli, Zəhra Allahverdiyeva, Pərvanə Məmmədli, Şəfa Əliyeva, Şəbnəm Mirzəzadə, eləcə də Naxçıvan Dövlət Universitetinin dosenti Nəzakət İsmayılova tərəfindən hazırlanıb.

Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri isə filologiya elmlər doktoru Yaşar Qasımbəyli və dosent Siracəddin Hacı, məsul katibi Şəbnəm Mirzəzadə və Şahnaz Nəsiblidir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed