Sizin hazırki nikiniz (ləğəbiniz)

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində olacaq böyük dəyişikliklər hansılardır?

229-azerbaycan-dovlet-neft-ve-senaye-universitetinde-olacaq-boyuk-deyisiklikler-hansilardir-1

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kafedralar birləşdirilib, universitetin işçiləri gələn dərs ilindən ixtisar ediləcəklər.

Milli.Az bildirir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Qasım Məmmədov Trend-ə deyilib ki, universitetin rektoru Mustafa Babanlının əmrinə uyğun olaraq, fevralın 3-dən bu təhsil müəssisəsində fəaliyyət göstərən kafedraların sayı azaldılaraq onların sayı 28-ə (7 fakültə üzrə) çatdırılıb.

Prorektorun sözlərinə görə, bu əmrə qədər universitetdə ümumilikdə 48 kafedra olduğu, hər fakültə üzrə 7-8 kafedra fəaliyyət göstərdiyi halda, hazırda universitetdə hər fakültə üzrə cəmi 4 kafedra fəaliyyət göstərir.

Q.Məmmədov deyib ki, bu tədris ili üzrə dərs yükü artıq formalaşdırıldığından kafedraların ləğvi ilə əlaqədar müəllimlər ixtisar edilməyəcək. Amma gələn tədris ilindən müəllimlər ixtisar ediləcək: "Müəllimin illlik dərs yükü ümumilikdə 1500 saatdır. Onun 500 saatı tədris yüküdür. Qalan 500 saatında müəllim metodiki işlər, 500 saatında elmi-tədqiqat işi ilə məşğul olmalıdır. Hər bir müəllimin tədris yükü 500 saatdan formalaşdırılırdı. Amma yeni tədris ilindən tədris yükü 600-650 saatdan formalaşdırılacaq".

Q.Məmmədov əlavə edib ki, bu islahat nəticəsində universitetdə 50-60 müəllim ixtisar edilə bilər: "Əgər professor-müəllim heyətində ixtisarlar olsa, onda tədris köməkçi heyət də ixtisar ediləcək. Bunda məqsəd daha az sayda professor-müəllim heyəti ilə daha keyfiyyətli təhsil vermək və əmək haqlarını artırmaqdır".

Milli.Az

Mənbə: http://news.milli.az

Yazılmış sərhlər

Qonaq__16381367 - 05.03.2016
mjftyh

Öz şərhinizi yazın