Azərbaycan dili üzrə növbəti test imtahanı nə vaxt olacaq?

Azərbaycan dili üzrə növbəti test imtahanı nə vaxt olacaq?

Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 12-də Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə növbəti test imtahanı keçiriləcək.

DİM-dən Milli.Az-averilən məlumata görə, imtahanda aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (şagirdlər) iştirak edəcəklər:

1. Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) orta orta təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanındaiştirak etməyən cari ilin məzunları.Bu şagirdlərburaxılış vərəqəsini verilən linkdən (https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov) çap etməlidirlər.

2. Ümumi (9 illik) orta orta təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilən imtahanda iştirak edibqeyri-məqbulqiymət alan və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verəncari ilin abituriyentləri;

3. Daha əvvəl keçirilən imtahanlarda iştirak edibqeyri-məqbulqiymət alan və ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verəncari və əvvəlki illərin abituriyentləri;

2-ci və 3-cü kateqoriyaya aid olan abituriyentlər isə imtahana buraxılış vərəqəsini bu linkdən (https://eservices.dim.gov.az/brxv) çap etməlidirlər.

İştirakçılar buraxılış vərəqəsi ilə bir yerdə "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə"ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed