Azərbaycan dili imtahanının nəticələri açıqlanıb

Azərbaycan dili imtahanının nəticələri açıqlanıb

İlk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli dildə olan bölmələrinin şagirdləri üçün 14-də keçirilmiş Azərbaycan dili imtahanının nəticələri açıqlanıb. İmtahanın nəticələri Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsində yerləşdirilib.

MərkəzdənAzEdu.az-abildirilib ki, şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FIN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 95 nəfərdən 6 nəfər imtahana gəlməyib.

Qeyd edək ki, imtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Apellyasiya Komissiyası Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev, 299 ünvanında fəaliyyət göstərir. Şagirdlər Apellyasiya Komissiyasına martın 17-18-də saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed