AQTA 61 təhsil müəssisəsində qida ilə bağlı nöqsanlar aşkarlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 61 təhsil müəssisəsində qida ilə bağlı nöqsanlar aşkarlayıb.

Bu barədə"Report"a AQTA-dan məlumat verilib.

Qeyd olunub ki, bu ilinnoyabrayının14-dənbaşlayan yoxlamalar çərçivəsində ali təhsil və ümumtəhsil müəssisələrində qidalanmanın qanunvericilikdə nəzərdə tutulan normalara uyğun təşkil edilməsi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsi vəziyyətinin qiymətləndirilməsi, həmçinin yeyinti məhsullarının tədarük prosesi, onların saxlanması, daşınması, realizə olunması, markalanma və qablaşdırılmasına dair tələblərə əməl edilməsi yoxlanılır.

Bununla yanaşı, mütəxəssislər tərəfindən təhsil müəssisələrində yeyinti məhsullarının hazırlandığı və saxlandığı sahələrin sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğuna yerində baxış keçirilir.

Qeyd edək ki, yoxlamalar zamanı qida təhlükəsizliyi sahəsində qanunvericiliyin pozulması ilə bağlı23 ali təhsilmüəssisəsi və38 ümumtəhsilmüəssisəsinin qida bloklarında nöqsanlar aşkar edilib.

Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb, həyata keçirilən yoxlamaların nəticəsi ilə bağlı əlavə məlumat veriləcək.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed