AMEA-nın magistrlərinə diplomları təqdim olunub

AMEA-nın magistrlərinə diplomları təqdim olunub

Fevralın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) məzunu olan magistrlərə diplomları təqdim olunub.

Bu barədəAZƏRTAC-a AMEA-dan məlumat verilib. Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli magistrlərin Akademiyanın gəncləşməsi prosesinə və elmi məktəblərin davam etdirilməsi ənənəsinə öz töhfələrini verəcəklərinə əminliyini bildirib.

2023-cü ilin ölkəmizdə dövlət başçısı tərəfindən “Heydər Əliyev İli” elan olunduğunu xatırladan akademik Ulu Öndərin ideallarının Azərbaycanın gələcəyinə işıq saçdığını, Prezident İlham Əliyevin həmin idealları müasir dövrün reallıqları ilə zənginləşdirdiyini söyləyib.

“Heydər Əliyev İli”ndə özünüzün gələcəyinizi müəyyən etmək üçün Azərbaycanın ümummilli vəzifələrini həyata keçirməkdə daim öndə olmalısınız”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Şamaxı Astrofizika Rəsədxanasının məzunu Aytac İsgəndərova, Genetik Ehtiyatlar İnstitutunun məzunu Rəhim Rəhimov, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun məzunu Şaxanım Bayraməli, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun məzunu Nəzakət Əliyeva çıxış edərək magistratura təhsili zamanı göstərilən diqqətə və qayğıya görə AMEA rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri dosent Hüseyn Hüseynov AMEA-da magistratura təhsili ilə bağlı bir sıra statistik məlumatları diqqətə çatdırıb.

Sonda AMEA-da magistratura təhsilini başa vurmuş məzunlara magistr diplomları təqdim olunub.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed