AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin illik hesabatı müzakirə olunub

AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin illik hesabatı müzakirə olunub

Yanvarın 18-də AMEA Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2022-ci il üçün illik hesabatının müzakirəsinə həsr olunmuş səyyar iclası hibrid formatda keçirilib.

AZƏRTACxəbər verir ki, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda keçirilən tədbirdə Rəyasət Heyətinin üzvləri, eləcə də FRTEB-nin Elmi şurasının üzvləri, bölmənin müəssisələrinin baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

Əvvəlcə FRTEB üzrə elmi müəssisələrin nailiyyətlərinə həsr olunmuş sərgiyə baxış keçirilib.

Yığıncağı giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq iclasın gündəliyi barədə məlumat verib.

İclasda AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib. Hesabatı təqdim edən AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri akademik Rasim Əliquliyev bildirib ki, ötən il bölmə müəssisələrinin elmi-tədqiqat planlarına həm fundamental, həm də tətbiqi xarakterli tədqiqatlar daxil edilib və bir sıra mühüm elmi nəticələr əldə olunub.

Akademik Rasim Əliquliyev bölməyə daxil olan müəssisələrin əməkdaşları tərəfindən nəşr olunmuş kitablar, monoqrafiyalar, nüfuzlu elmi bazalara daxil olan jurnallarda işıq üzü görmüş məqalələr, alınmış patentlər, eləcə də bölmənin əməkdaşlarının əsərlərinə qeydə alınmış istinadların sayı haqqında ətraflı məlumat verib. Elmi şuranın sədri, həmçinin bölməyə daxil olan institut və təşkilatların kadr potensialı, elm və təhsilin inteqrasiyası, FRTEB-nin müəssisələrində nəşr olunan jurnallar, KİV-lə əlaqələr və s. məlumatları iclas iştirakçılarına təqdim edib. Eyni zamanda, yeni elmi problemləri və prioritet istiqamətləri diqqətə çatdırıb.

Məruzə dinlənildikdən sonra geniş müzakirələr aparılıb. Hesabat ətrafında gedən müzakirələrdə çıxış edənlər ötən il bölmənin müəssisələrində aparılan prioritet tədqiqatlar və əldə olunan nəticələrdən bəhs edib, bir sıra təkliflər səsləndiriblər.

Rəyasət Heyəti tərəfindən Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2022-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olunaraq qəbul edilib, müvafiq tapşırıqlar verilib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed