Alim və mütəxəssislər üçün “Horizon Avropa” proqramı üzrə məlumat günü

Alim və mütəxəssislər üçün “Horizon Avropa” proqramı üzrə məlumat günü

Avropa İttifaqı və Azərbaycan arasında Tədqiqat və İnnovasiya Əməkdaşlığı çərçivəsində Avropa Komissiyası və AMEA tərəfindən “Horizon Avropa” proqramı üzrə məlumat günü keçirilib.

AMEA-danAZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilən görüşə Azərbaycanın müxtəlif dövlət təşkilatları və akademiyanın elmi müəssisələrindən 200-ə yaxın mütəxəssis qatılıb.

AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Esmira Əlirzayeva bildirib ki, məlumat günündə Avropa Komissiyasının ekspertləri tərəfindən “Horizon Avropa” proqramının imkanları, Mariya Sklodovska-Kürinin fəaliyyəti, eləcə də Avropa Tədqiqat Mərkəzi, iqlim və enerji klasteri və tibb istiqaməti üzrə təqdimatlar dinləniləcək. O, ölkəmizin müxtəlif elm sahələri üzrə böyük potensiala malik olmasına, Azərbaycan alimlərinin digər elmi layihələrdə yaxından iştirak etməsinə baxmayaraq, onların ötən illərdə “Horizon Avropa” proqramında iştirak səviyyəsinin yüksək olmadığına diqqət çəkib.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Petr Mixalko bildirib ki, Avropa Komissiyası dayanıqlı inkişaf hədəflərinə nail olmaq, ətraf mühit və iqlim dəyişikliyi problemləri ilə yanaşı, enerji səmərəliliyi və s. məsələlər üzrə tədqiqatların aparılmasında və innovasiyaların həyata keçirilməsində Azərbaycana dəstək verir. P.Mixalko proqramın kreativlik, inklüziv cəmiyyət, rəqəmsal, sənaye, kosmos, mobillik, bioiqtisadiyyat, milli resurslar və digər sahələri əhatə etdiyini və gənclər üçün geniş imkanlar açdığını diqqətə çatdırıb. O, bu istiqamətdə əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib.

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Aytən Hüseynova AMEA-nın vitse-prezidenti, “Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) koordinatoru akademik İbrahim Quliyevin çıxışını səsləndirib. Bildirilib ki, fəaliyyətini təkmilləşdirmək məqsədilə 2022-ci ildə şəbəkə yenilənib və müxtəlif dövlət qurumları, elm və təhsil müəssisələrindən aparıcı mütəxəssislər daxil edilib və hazırda şəbəkə 25 üzvlə Azərbaycanda fəaliyyətini davam etdirir. MƏŞŞ-in fəaliyyətinin nəticələrinə əsasən, bu gün COST Proqramı üzrə 30-a yaxın layihədə azərbaycanlı alim və mütəxəssislərin iştirakının müsbət dinamikasını qeyd etmək olar. Məlumat gününün keçirilməsinin bu proqram haqqında geniş məlumatın əldə olunması, prosesdə iştirak və tələblərin anlaşılması, eləcə də elmi əlaqələrin inkişafı və möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli hazırda nazirliyin AMEA ilə birgə elmin inkişafına məsul qurumlardan biri olduğunu və artıq Azərbaycan dövləti tərəfindən Avropa Komissiyası ilə əlaqələrin daha da gücləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldüyünü diqqətə çatdırıb. O, dövlətimizin başçısının insan kapitalının artırılması ilə bağlı tapşırıqlarına müvafiq olaraq bir sıra layihələrə, o cümlədən Azərbaycanın dünyada yaşıl enerji ixracatçılarından birinə çevrilməsi istiqamətində layihəyə başlanıldığını deyib. Ölkəmizin alim və tədqiqatçılarını “Horizon Avropa” proqramında daha fəal iştirak etməyə çağırıb.

Tədbir işini sessiya iclasları ilə davam etdirib. İclaslarda məruzələr dinlənilib və fikir mübadiləsi aparılıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed