Ali məktəblərdə III ixtisas qrupuna qəbul qaydaları dəyişib

Ali məktəblərdə III ixtisas qrupuna qəbul qaydaları dəyişib - 1

Ali məktəblərdə III ixtisas qrupuna qəbul qaydaları dəyişib.

AzEdu.azxəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməli olacaqlar.

İxtisas qrupları və altqrupları üzrə imtahan fənləri, onların üstünlük dərəcələri və nisbi əmsalları müəyyən ediləcək.

İndiyə qədər III ixtisas qrupunda qəbul imtahanının dilinə uyğun olaraq, nisbi əmsal Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5), tarix (nisbi əmsal:1,5) və ədəbiyyat (nisbi əmsal:1) kimi müəyyən edilmişdi.

Dəyişikliyə əsasən, III ixtisas qrupu vəvə altqruplarüzrə imtahan fənləri, onların üstünlük dərəcələri və nisbi əmsalları aşağıdakı kimi müəyyən edilir.

III ixtisas qrupu:

- dil-tarix (DT) altqrupuna daxil olan ixtisaslar üzrə - qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5), tarix (nisbi əmsal:1,5) və ədəbiyyat (nisbi əmsal:1);

- tarix-coğrafiya (TC) altqrupuna daxil olan ixtisaslar üzrə - qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5), tarix (nisbi əmsal:1,5) və coğrafiya (nisbi əmsal:1);.

III ixtisas qrupu üzrə dil-tarix (DT) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, tarix-coğrafiya (TC) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər.

Eyni zamanda“İxtisas qrupları və ixtisaslar”ın III ixtisas qrupu sütunu “Dil-tarix (DT) altqrupu” və “Tarix-coğrafiya (TC) altqrupu” adlı iki sütuna bölünməklə yeni redaksiyada verilib:

Dil-tarix (DT) altqrupu

Tarix-coğrafiya (TC) altqrupu

  1. Azərbaycan dili və ədəbiyyatımüəllimliyi
  2. Dil və ədəbiyyat müəllimliyi (dillərüzrə)
  1. Beynəlxalqmünasibətlər
  2. Regionşünaslıq (regionlarüzrə)

3. İbtidai sinif müəllimliyi

4. Korreksiyaedici təlim

5. Məktəbəqədər təhsil

6. Tarix müəllimliyi

7. Təhsildə sosial-psixoloji xidmət

8. Xarici dil müəllimliyi (dillər üzrə)

9. Dinşünaslıq

10. Dövlət və ictimai münasibətlər

11. Fəlsəfə

12. Filologiya (dil və ədəbiyyatgöstərilməklə)

13. Hüquqşünaslıq

14.İslamşünaslıq

15. Jurnalistika*

16. Kitabxanaçılıq və informasiyafəaliyyəti

17. Politologiya

18. Tarix

19. Tərcümə (dillər üzrə)

20. Bədii yaradıcılıq və ekrandramaturgiyası

21.Muzey,arxiv işi və abidələrin

qorunması

22.Sənətşünaslıq(sahələrüzrə)

23. Sosial iş

24. İctimai təhlükəsizlik və idarəetmə


Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, dəyişiklik “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının xüsusiyyətlərindən irəli gələrək həmin ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin coğrafiya fənni üzrə tam orta təhsil səviyyəsində biliklərə malik olmasının labüdlüyü ilə əlaqədar edilib. Dəyişiklik adıçəkilən Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1 nömrəli əlavəsi – “İxtisas qrupları və ixtisaslar”da da nəzərdə alınmışdır və III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqruplarına bölünməsini əks etdirir.Eyni zamanda, adıçəkilən ixtisaslar üzrə müsabiqə vəziyyətinin təhlili onu deməyə əsas verir ki, nəzərdə tutulmuş dəyişikliklər həmin ixtisaslara marağı artıracaq və həmin ixtisasların müsabiqəsində daha çox abituriyentin iştirakına gətirib çıxaracaq.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed