ABŞ-ın nüfuzlu beynəlxalq universitetində Azərbaycan haqqında təqdimat olub

ABŞ-ın nüfuzlu beynəlxalq universitetində Azərbaycan haqqında təqdimat olub - 1

ABŞ-da fəaliyyət göstərən Azərbaycan Tələbə Təşkilatının üzvləri yüksək reytinqə malik olan Florida Beynəlxalq Universitetində keçirilən tələbə təşkilatlarının sərgisində iştirak ediblər.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan Tələbə Təşkilatının qurucusu, universitetin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsinin gənc tələbəsi, həmyerlimiz Aydın Eminov qonaqları ölkəmiz haqqında məlumatlandırıb, Azərbaycanın ərazi bütövlüyü, təbii sərvətləri və milli adət-ənənələri mövzusunda geniş təqdimat edib.

Universitetdə təhsil alan, dünyanın müxtəlif ölkələrini təmsil edən xarici tələbələr və tələbə təşkilarlarının təmsilçiləri A.Eminovun təqdimatını maraqla izləyiblər.

Tədbirdə Azərbaycan Tələbə Təşkilatının üzvləri, Florida Beynəlxalq Universitetində təhsil alan azərbaycanlı tələbələr dəaktiv iştirak ediblər. Onlar qonaqların ölkəmizlə bağlı suallarına aydınlıq gətirib, tələbələri maraqlandıran məsələlər haqqında məlumatlar veriblər.

A.Eminov “Report”a bildirib ki, təhsil aldığı universitetdə təsis etdiyi təşkilatın əsas missiyası Azərbaycanın mədəniyyətini, mətbəxini, tarixini ABŞ-da geniş ictimayyətə təqdim etmək, xüsusilə universitetinin tələbə və müəllim heyyətini ölkəmiz haqqında məlumatlandırmaqdan ibarətdir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed