600 baldan çox toplayan abituriyentlərin nəzərinə

600 baldan çox toplayan abituriyentlərin nəzərinə

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul imtahanlarında 600 və daha çox bal toplayan abituriyentlərə müraciət edib.

Komissiyadan Trend-ə bildirilib ki, hər il "Abituriyent" jurnalının 11-ci sayını qəbul imtahanlarında 600 və daha çox bal toplamış abituriyentlərə həsr edilir. Jurnalda prezident təqaüdçüləri haqqında məlumat, onların bitirdikləri məktəblər üzrə siyahısı, ən yüksək nəticə göstərmiş gənclərlə müsahibələr, hər bir yüksək nəticəli abituriyentin topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi məktəb və s. haqqında məlumatlar təqdim olunur.

Jurnalda həmçinin 600-dən yuxarı bal toplamış gənclərlə aparılmış anket sorğusunun nəticələri, onların arzu, rəy, təklif və gələcək abituriyentlərə tövsiyələrindən nümunələr dərc edilir: "Həmin gənclərin təbliği, təcrübələrinin öyrənilməsi, onların bu nailliyyətinin nümunə olaraq təqdim olunması ictimaiyyət tərəfindən maraqla qarşılanır. Bu amilləri nəzərə alaraq TQDK bu il də "Abituriyent" jurnalının ənənəvi 11-ci sayında yüksək bal toplamış abituriyentlərdən bəhs edəcəkdir. Bu məqsədlə cari ildə 600 və daha çox bal toplayan abituriyentlərdən xahiş olunur ki, https://abiturient.az/600bal/ linkində təqdim olunmuş anket sorğusunu doldursunlar".

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed