6-cı siniflər üçün "Coğrafiya" dərsliyi çapdan çıxıb

6-cı siniflər üçün

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovun baş redaktorluğu, coğrafiya elmləri doktoru, professor Rza Mahmudovun elmi redaktorluğu ilə ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Coğrafiya dərsliyi çapdan çıxıb.

AMEA-dan"Report"a verilən məlumata görə, kitabın redaksiya heyətinə coğrafiya elmləri doktorları Fərda İmanov, Məhəmməd Abduyev, coğrafiya üzrə fəlsəfə doktorları, dosentlər Ziyafət Ağayev, Rəşail İsmayılov, Mövlud Teymurov və elmi işçi Bəyimxanım Hüseynova daxildir.

Dərslik 10 hissədən ibarət olub, coğrafi biliklərin inkişaf tarixi, Yer səthinin təsviri, coğrafiya xəritələri, günəş sisteminin quruluşu və Yer planeti, litosfer, atmosfer, biosfer, hidrosfer, dünya ölkələri və xalqların yerləşməsi və təsərrüfat sahələrinin fəaliyyəti, təbiətin qorunması kimi bölmələri əhatə edir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed