115 milyon tələbəsi olan “Coursera”nın rəhbəri “Yeni çağırışlar”da

115 milyon tələbəsi olan “Coursera”nın rəhbəri “Yeni çağırışlar”da

Martın 16-da “Yeni çağırışlar” müzakirə proqramında “Coursera” beynəlxalq onlayn təhsil platformasının rəhbəri Cef Maajioncalda qonaq olacaq.

AZƏRTACxəbər verir ki, C.Maajioncalda ilə “Rəqəmsal dünyada öyrənmək” barəsində danışılacaq.

“Coursera” hər kəsə istənilən yerdə aparıcı universitet və şirkətlərin onlayn kurslarına və dərəcələrinə çıxış təklif edən beynəlxalq təhsil platformasıdır.

Platformanın 115 milyondan çox istifadəçisi var. 300-dən çox aparıcı universitet və şirkətlə tərəfdaşlıq edir. Platformada 5400-dən çox kurs mövcuddur.

Qeyd edək ki, proqram “T-Network”ün rəhbəri Cəfər Mənsiminin təqdimatında Elm və Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsində Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed