Sizin hazırki nikiniz (ləğəbiniz)

Fənlər üzrə qarışıq testlər

Qarışıq testlər 21. Hissə 1.

Test ID - 83814
Müəllif: Qonaq__4667689 (Əlavə edilib: 10.03.2016)

Uzunluğu 1km 300m olan yolun bir tərəfində aralarındakı məsafə 5m olmaqla gül kolları əkilmişdir. Bu yolda neçə gül kolu əkilmişdir?

255
261
263
270
281

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Verilmiş cümlələrdən biri məqsəd budaq cümləli tabeli mürəkkəb cümlədir:

Uşaqların imtahana gəlməkdə məqsədləri bu idi ki, “Galaxy” kursuna qəbul olsunlar.
Əziz şagirdlər, ilk öncə sizə uğurlar arzu edərək bildiririk ki, imtahan müddəti 3 saatdır.
Sualları cavablandırarkən diqqətli olun ki, doğru variantı asanlıqla seçə biləsiniz.
Lazımsız həyəcana qapılıb narahat olmayın, çünki suallar məktəbdə keçdiyiniz mövzular əsasında hazırlanmışdır.
O şagird ki uğur qazanacağına inanaraq məsuliyyətlə çalışır, istədiyinə nail olacaq.

Yazılışı və deyilişi bir-birindən fərqlənən sayları göstərin

beş, bir, əlli
on, iki, doxsan
altı, yüz, milyon
dörd, səkkiz, altmış
min, qırx, otuz

İsimləşmiş feli sifət tərkibinin işləndiyi cümləni müəyyənləşdirin.

Əxlaqı gözəl olan insan hər yaşda gözəldir.
Gözəl görən, gözəl düşünən kəslər həyatlarından ləzzət alarlar.
Sözündə heç vaxt yalan olmayan, üzündə isə həmişə incə bir təbəssüm olan rəfiqəmi çox sevirəm.
Öz qüsurları ilə məşğul olanların başqalarının qüsurlarını araşdırmağa zamanı olmaz.
Etdiyimiz səhvləri bir daha təkrarlamamağa çalışmalıyıq.

Sonor samitlər hansıdır?

l, g, d, f
d, h, m, n
y, m, b, c
l, m, n, r
b, v, r, s

“İçəridəki” sifətinin morfoloji təhlilindəki səhvi göstərin.

Zərfdən düzəlib.
Hansı? sualına cavab verir.
Adi dərəcədədir.
Düzəltmə sifətdir.
İki şəkilçi – bir leksik, bir qrammatik şəkilçi qəbul etmişdir.

”işıldamaq” sözünün fonetik təhlilində
səhv haradadır?

Vurğu dördüncü hecaya düşür
Sözdə iki kar samit işlənib.
Ahəng qanununa tabe olmasa da, alınma söz deyil.
Dördhecalı sözdür.
Sözdə dörd cingiltili samit var.

Çoxmənalı sözlər əsasən hansı üslubda işlənir?

elmi
bədii üslubda
məişət üslubu
publisistik
rəsmi-işgüzar üslub

Şəxs əvəzlikləri ilə qeyri-müəyyən əvəzliklərin oxşarlığı haqqında hansı fikir yanlışdır?

Hər ikisi ismin yerində işlənir.
Hər ikisi hallanır, mənsubiyyətə görə dəyişir.
Cümlədə, əsasən, mübtəda və tamamlıq olurlar.
Cəmlənmə imkanları hər ikisində məhduddur.
Xəbərlik şəkilçisi qəbul edərək cümlənin xəbəriola bilirlər.

Saitlərin əsas xüsusiyyətlərinə aid deyil:

Təmiz avazlı səslərdir
Heca yaradır
Vurğu yaradan səslərdir
Əmələgəlmə yerinə görə təsnif olunurlar
Yalnız burun boşluğunda yaranırlar

Kitabı qələmi dəftəri pozanı bir sözlə çantanı bura gətir cümləsində hanı durğu işarələri buraxılmışdır?

3 vergül, 1 qoşa nöqtə, 1 tire, 1 nöqtə
4 vergül, 1 tire, 1 nöqtə
5 vergül
4 vergül, 1 qoşa nöqtə, 1 nöqtə

Hansı söz çoxmənalı deyil?

ayaq
qol
maşın
kök
dəniz

"fəryad deyildir", "şadlıqdır",  "rahatlıqdır"  sözləri haqqında verilənlərdən yalnız biri doğrudur:
Zəhmət fəryad deyildir, bir şadlıqdır insana,
Zəhmətinin axırı rahatlıqdır insana. (Nizami Gəncəvi)

Hər üçü cümlədə xəbər vəzifəsindədirlər.
Biri isim, digərləri isə sifətdir.
Deyilişi və yazılışı fərqlənməyən sözlərdir.
Hər üç söz sifətdən düzəlmiş isimdir.
Heç birinin sinonimi yoxdur.

Hansı cərgə təsirlidən düzəlmiş təsirsiz fellərdən ibarətdir

qızartmaq, bozartmaq, közərmək
gəzdir, itir, ağlat, susdur
oturt, yayıl, süzül, qaçırt
qazdır, yazdır, susdur
açıl, yumul, çalın, döyül

Rəsmi üslubun ən sərbəst forması hansıdır?

Bəyanatlar
Əmrlər
Qanunlar
Məktublar
Sərəncamlar

"Hər kim mənə bir hərf öyrətsə mən ona qul olaram" kəlamını kim demişdir?

Məhəmməd Peyğəmbər
İbrahim Peyğəmbər
İmam Əli (ə.s)
İmam Cəfər Sadiq (ə.s)
İsa Peyğəmbər

Sıraların birində bütün sözlərdə səslərin sayı hərflərin sayına bərabərdir.

ailə, xoşbəxtlik
dostluq, lövhə
qəyyum, sifariş
neftçi, bünövrə
doqquz, sərbəstlik

Yarımada sözü hansı cavabda düzgün hecalara ayrılıb?

yar-ım-ad-a
ya-rı-ma-da
yarı-m-a-da
ya-rım-a-da
ya-rıma-da

“üz” sözünün leksik təhlilindəki səhvi tapın.

Ümumişlək sözdür
Təkmənalı sözdür
Milli mənşəli sözdür
Omonim kimi işlənə bilir
Sinonimi var

Dialekt sözlər haqqında verilənlərdən biri yanlışdır:

Lüğət tərkibinin qeyri-fəal hissəsinə daxildir
Çoxu alınma olur
Dialektlər dilimizin tarixini öyrənməkdə etibarlı mənbədir
Məişət üslubunda işlənir
Müəyyən bölgədə və regionlarda başa düşülür

Durğu işarələri nə ilə bağlıdır?

leksika
sintaksis
orfoqrafiya
morfologiya
orfoepiya

Dilimizdəki sadə fellər nə mənşəlidir?

Ərəb mənşəlidir
Hind mənşəlidir
Türk mənşəlidir
İtalyan mənşəlidir
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.