Fənlər üzrə qarışıq testlər

Qarışıq testlər 6. Hissə 1.

Test ID - 75760
Müəllif: Taclı (Əlavə edilib: 11.04.2014)

Sözlərdən neçəsi düzəltmədir?
dinlə, başla, gözlə, bəslə, ağla, yaxala, işarələ, qarşıla

8-i
5-i
3-ü
4-ü
6-sı

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Hansı sırada qalın saitlərin hamısı işlənib?

odun, qalın
kitab, dəftər
stol, stul
qələm, telefon
şəkil, yazı

Biri sifətdir;

görüş
görüşmək
gözəllik
qəşəng
ağla

Hansı sözdə bitişdirici samit işlənib?

körpünün
körpülərin
sənətin
Səlimin
əlcəyin

Biri mürəkkəb zərfdir:

Gəlhagəl
Qaçaqaç
Basabas
Taybatay

”işıldamaq” sözünün fonetik təhlilində
səhv haradadır?

Vurğu dördüncü hecaya düşür
Sözdə iki kar samit işlənib.
Ahəng qanununa tabe olmasa da, alınma söz deyil.
Dördhecalı sözdür.
Sözdə dörd cingiltili samit var.

“üz” sözünün leksik təhlilindəki səhvi tapın.

Ümumişlək sözdür
Təkmənalı sözdür
Milli mənşəli sözdür
Omonim kimi işlənə bilir
Sinonimi var

"fəryad deyildir", "şadlıqdır",  "rahatlıqdır"  sözləri haqqında verilənlərdən yalnız biri doğrudur:
Zəhmət fəryad deyildir, bir şadlıqdır insana,
Zəhmətinin axırı rahatlıqdır insana. (Nizami Gəncəvi)

Hər üçü cümlədə xəbər vəzifəsindədirlər.
Biri isim, digərləri isə sifətdir.
Deyilişi və yazılışı fərqlənməyən sözlərdir.
Hər üç söz sifətdən düzəlmiş isimdir.
Heç birinin sinonimi yoxdur.

Biri məntiqi pozur:

qoçaq
çalışqan
xeyirxah
nurani

Fikirlərdən biri səhvdir:

Leksik şəkilçi sözə qoşulduqda həmişə yeni söz yaranır
Dilimizdə 6 əsas nitq hissəsi var
Sifət cümlədə əksər hallarda təyin olur
Hər bir nitq hissəsi müəyyən bir suala cavab verir

İsmin hallarından hansılar daşıdığı funksiyasına görə antonimlik təşkil edir?

adlıq, yiyəlik
təsirlik, yerlik
yönlük, adlıq
çıxışlıq, yönlük

Birinin tələffüzü düzgün verilməmişdir:

teatr [tiyatr]
kooperativ [k'aperativ]
müasir[ma:sir]
maneə[maniyə]
xala oğlu[xaloğlu]

Hərflərin sırası hansında düzgün verilməyib?

A b c d e ə f ğ g
X ı i j k q l m n
P r s ş t u ü
V y z
O ö p r s ş

"Poema" sözünün fonetik təhlili hansı cərgədə səhvdir?

Ahəng qanunu pozulub
Vurğu son hecaya düşür
Söz 3 hecadan ibarətdir
Sözdə 5 hərf, 5 səs var
"p"kar ,"m"cingiltilidi

Mən düşünürəm, demək, mən varam.(R.Dekart)Bu cümlədə neçə əsas, neçə köməkçi nitq hissəsi var?

2 əsas, 2 köməkçi
3 əsas, 2 köməkçi
4 əsas, 1 köməkçi
5 əsas

Feldən düzəlmiş fel hansıdır?

qorxutmaq
ağardılmışdır
birləş
sancı

Bəs- sual ədatı nə zaman ədat kimi işlənmir?

Cümlədə kifayət mənasını verdikdə
Ondan sonra fel gələndə
Bağlayıcı olduqda
Xəbər vəzifəsində işləndikdə
O ancaq ədat kimi işlənir

Heca nəyə deyilir?

sözlərin sətirdən-sətrə keçirilməsinə
tələffüz zamanı sözün bir hissəsinin digərinə nisbətən qüvvətli deyilməsinə
tələffüz zamanı sözlərin asanlıqla bölünə bilən hissələrinə
sait səslərin bir-birini izləməsinə
samit səslərin bir-birini izləməsinə

Hansı söz birləşmələrində el sözü məcazi mənada işlənib

Elini uzatmaq
Elini qaldırmaq
Eli sıxmaq
Ələ keçirmək
Eli yanmaq

Hansı cümlənin xəbəri mürəkkəb adla ifadə olunub?

Xəzərin bir adı da Quzğun dənizidir.
Sədr mənim təklifimi qəbul etdi.
Bakı küləkli şəhərdir.
Bakı dəniz qırağında yerləşir.
Bakının tarixi çox qədimdir.
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed