Sizin hazırki nikiniz (ləğəbiniz)

Fənlər üzrə qarışıq testlər

Qarışıq testlər 3. Hissə 1.

Test ID - 84560
Müəllif: Zəngin kursları (Əlavə edilib: 32.03.2016)

İltisaqilik prinsipinin pozulduğu sıranı göstərin.

mənimsəmə, özəlləşmə
mənəvi, dünyəvi
qazanc, yanğın
itki, itkin
sürmək, sürünmək

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Feldən düzəlmiş fel hansıdır?

qorxutmaq
ağardılmışdır
birləş
sancı

Söhbət hansı cümlədən gedir?
1. Xəbər əsasında formalaşır.
2. Mübtədası təxmin olunsa da, bərpa oluna bilir.
3. Xəbəri III şəxsin cəmində olur.

şəxssiz cümlə
adlıq cümlə
qeyri-müəyyən şəxsli cümlə
ümumi şəxsli cümlə
müəyyən şəxsli cümlə

Aşağıdakı sözlərdən hansında ahəng qanunu pozulub?

bulud
ağac
nəlbəki
firavan
qəmgin

"Kimsə qapını doydu". "Maraqlı bir kitab oxudum". Bu cümlələr sadə cümlənin şəxsə görə növlərindən hansına aiddir?

Müəyyən şəxsli cümləyə
Qeyri-müəyyən şəxsli cümləyə
Ümumi şəxsli cümləyə
Şəxssiz cümləyə

Hansı sırada bütün sözlərin yazılışı ilə tələffüzü fərqənir?

sürətlə, bağça, bəxtəvərlik
süvari, dahi, kinayə
yoxuş, yazdır, xoşbəxtlik
haqlı, buludlar, bildirki
ipək, kürk, tük

Verilmiş arxaizmlərin qarşılığı hansı sıradadır? ləşgər, arı, altun, sayru

zəngin, düşmən, igid, aydın
ordu, xəzinə, qırmızı, duru
qoşun, təmiz, qızıl, xəstə
varlı, yuxu, yatmaq, əsgər
yuxu, həşərat, ordu, su

Köhnəlmiş sözü göstərin.

qarışıqlıq
yağmalanmaq
çağdaş
yağlamaq
gülmək

Hansı sırada dodaq ahəngi gözlənilmişdir?

səmərəli, uzunluq, özümüzük
bizimki, səbəb, dözüm
iradəli, səssiz, imarət
üzümçülük, özümüzük, ömürlük
təbiət, səmərəli, sönməz

Burun samitləri hansılardır?

[m], [n]
[m], [[l]
[n], [r]
[l], [r]
[n], [l]

[L], [m], [n], [r] samit səsləri necə adlanır?

burun samitləri
qarşılıqsız samitlər
sonor samitlər
boğaz samitləri
küylü samitlər

Hansı sözü iki mənada başa düşmək olar?

sürü
düşüncə
əlcək
səngər

Dördündən biri fərqlidir:

məğlubiyyət
keyfiyyət
fəaliyyət
məsuliyyət

“şəhər əhalisi o gözəl insanı ləyaqətlə qarşıladı” cümləsindəki isimlər hansı haldadır? Ardıcıllığı ilə göstərin.

yiyəlik, adlıq, təsirlik
adlıq, adlıq, təsirlik
yiyəlik, təsirlik, təsirlik
adlıq, təsirlik, təsirlik
yiyəlik, adlıq, adlıq

“üz” sözünün leksik təhlilindəki səhvi tapın.

Ümumişlək sözdür
Təkmənalı sözdür
Milli mənşəli sözdür
Omonim kimi işlənə bilir
Sinonimi var

Durğu işarələri nə ilə bağlıdır?

leksika
sintaksis
orfoqrafiya
morfologiya
orfoepiya

Hansı sırada paronimlər düzgün verilmişdi?

maşın, qardaş, əmi
atlaz, şahid, süfrə
dəftər, şam, ağac
kitab, qələm, dəftər

Sifətin biri feldən düzəldilmişdir.

dadlı
əzgin
sabahkı
kefcil
əzabkeş

Yüksək səviyyəli mədəni nitqin şərtləri:

obrazlılıq, məcazilik, dəqiqlik
aydınlıq, dəqiqlik, səlislik
düzgünlük, dəqiqlik, ifadəlik
sadəlik, ifadəlik, doğruluq
aydın, anlaşıqlı sözlərdən istifadə

Əsil Azərbaycan sözlərindən ibarət cərgəni göstərin

ye, yeddi
razı, qüllə
millət, arzu
Nailə, üzr
saat, qalib

Verilmiş cümlələrdən biri məqsəd budaq cümləli tabeli mürəkkəb cümlədir:

Uşaqların imtahana gəlməkdə məqsədləri bu idi ki, “Galaxy” kursuna qəbul olsunlar.
Əziz şagirdlər, ilk öncə sizə uğurlar arzu edərək bildiririk ki, imtahan müddəti 3 saatdır.
Sualları cavablandırarkən diqqətli olun ki, doğru variantı asanlıqla seçə biləsiniz.
Lazımsız həyəcana qapılıb narahat olmayın, çünki suallar məktəbdə keçdiyiniz mövzular əsasında hazırlanmışdır.
O şagird ki uğur qazanacağına inanaraq məsuliyyətlə çalışır, istədiyinə nail olacaq.

Qeyri-müəyyən yiyəlik halda olan cümləni seçin;

Sənin kitabın məndə idi
Mən dükandan kitab üzü aldım
Hər kəsin diqqəti məndə idi
Balıqçılar dənizə tor atdılar

“Qapaq” sözünün fonetik təhlilindəki səhvi göstərin

Samitlərin üçü də cingiltilidir.
5 səsdən, 5 hərfdən ibarətdir
Sözdə iki sait, üç samit var
Saitlərin ikisi də qalın, açıq, dodaqlanmayandır
Ahəng qanununa tabedir, vurğu ikinci hecaya düşür

Sözlərdən biri ümumişlək deyil:

qeysi
ağac
ayaq
arı
arzu

Leksikologiyada öyrənilmir?

çoxmənalı sözlər
ahəng qanunu
həqiqi məna
omonimlər
məcazi məna

Şəxs əvəzlikləri ilə qeyri-müəyyən əvəzliklərin oxşarlığı haqqında hansı fikir yanlışdır?

Hər ikisi ismin yerində işlənir.
Hər ikisi hallanır, mənsubiyyətə görə dəyişir.
Cümlədə, əsasən, mübtəda və tamamlıq olurlar.
Cəmlənmə imkanları hər ikisində məhduddur.
Xəbərlik şəkilçisi qəbul edərək cümlənin xəbəriola bilirlər.

Həm sadə, həm də düzəltmə sözlərin verildiyi cərgəni tapın.

yoxsul, nadinc, yaşa
sarsıntı, on birinci, bugünkü
yazıçı, açıqürəkli, şirindil
tərbiyəvi, yoxla, mənəvi
əxlaqi, gözəllik, içimizdəki

"Gələsiniz" sözü felin hansı şəklindədir?

əmr
xəbər
lazım
şərt
arzu
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.