Sizin hazırki nikiniz (ləğəbiniz)

Fənlər üzrə qarışıq testlər

Qarışıq testlər 1. Hissə 1.

Test ID - 45273
Müəllif: GECE_GUNESI (Əlavə edilib: 29.05.2013)

Hansı əvəzliklər cəmlənə bilmir?

hamı, hərə, biz
kimi, biri, siz
hamı, hərə, kimi
mən, sən, siz
kimi, o, biz

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Siz bu gün test göndərməmisiniz. Yeni şərtə görə testlərin cavablarına baxmaq üçün 2 gündən bir 1 ədəd test göndərmək mütləqdir. Bu edərək Siz HƏDİYYƏ KAMPANİYASINDA iştirak edəcəksiniz. Yəni savadlı testlər göndərmək Sizə hədiyyə qazandıra bilər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahini maksimum detaylı yazın.

Sözlərdən biri digərləri ilə eyniköklü deyil:

yazdırmaq
yazıçı
yazışmaq
yazılmaq
yazlıq

Nə vaxt süzmə sözü başqa məna daşıyır?

Vurğu hansı hecanın düşməsinə baxır
sözün başqa cür tələffüz edilməsinə baxır
sözün hecaya ayrılmasına baxır
istədiyimiz kimi tələffüz edilməsinə baxır
saitlərin quruluşuna baxır

E.ə.2ci minilliyin axırı-1ci minilliyin əvvəlləri Azərbaycan tarixi üçün səciyyəvi idi

ibtidai icma quruluşunun dağılması
toxa əkinçiliyinin yaranması
insanların ilk dəfə metalla tanış olması
atın ilk dəfə əhilləşdirilməsi
ulu icmanın dağılması

Zərf hansı nümunədə təsriflənməyən felə aiddir?

Dayanacaqda xeyli gözlədik
Diqqətlə oxumaqdan hamının xoşu gələr
Dünən Şirvana getməli idik
Sahilə getmək bizim də təklifimiz idi
Bakıda oxumaq ərəblərin də arzusudur

Azərbaycan dili hansı dil qrupuna aiddir?

Kök
Flektiv
İltisaqi
Publisistik
Bədii

Durğu işarələri nə ilə bağlıdır?

leksika
sintaksis
orfoqrafiya
morfologiya
orfoepiya

Hansı nümunədə həmcins cümlə üzvü yoxdur?

O həm gələndə təəccübləndi, həm də çıxanda məni adam yerinə qoymadı
Bütün şəhərlər: inkişaf etmiş, inkişaf etməkdə olanlar mənim marağımdadır
Həyatımda olan ən qiymətli, ən əvəzedilməz insansan
Gedin, gedin buralardan!
Görünür, həm ağıllıdır, həm də mədəni

Heca nəyə deyilir?

sözlərin sətirdən-sətrə keçirilməsinə
tələffüz zamanı sözün bir hissəsinin digərinə nisbətən qüvvətli deyilməsinə
tələffüz zamanı sözlərin asanlıqla bölünə bilən hissələrinə
sait səslərin bir-birini izləməsinə
samit səslərin bir-birini izləməsinə

Qrammatik şəkilçilər necə şəkilçilərdir?

ərəb mənşəli
milli
fars mənşəli
Avropa mənşəli

Aşağıdakılardan hansı felin şəkillərinə aid deyil?

Qarşılıq
Lazım
Şərt
Xəbər
Əmr

Leksikologiyada öyrənilmir?

çoxmənalı sözlər
ahəng qanunu
həqiqi məna
omonimlər
məcazi məna

Ümumişlək olmayan sözü tapın.

gəmi
qayıq
dəniz
ilan
ofis

İki düzəltmə sözün birləşməsindən yaranan mürəkkəb isim hansıdır?

dost-tanış
daş-kəsək
alqı-satqı
basabas
suiti

Hansı frazeoloji birləşmənin mənası səhv verilmişdir.

gözdə-qulaqda olmaq - ayıq olmaq
göz ağartmaq - acıqlanmaq
gözü kəlləsinə çıxmaq - qorxmaq
burnunun ucunda danışmaq- mızıldanmaq
dilini saxlamaq – susmaq

Hərflərin sırası hansında düzgün verilməyib?

A b c d e ə f ğ g
X ı i j k q l m n
P r s ş t u ü
V y z
O ö p r s ş

Kitabı qələmi dəftəri pozanı bir sözlə çantanı bura gətir cümləsində hanı durğu işarələri buraxılmışdır?

3 vergül, 1 qoşa nöqtə, 1 tire, 1 nöqtə
4 vergül, 1 tire, 1 nöqtə
5 vergül
4 vergül, 1 qoşa nöqtə, 1 nöqtə

Leksik şəkilçisi səhv yazılmış sözü müəyyən edin

Gəlməy
Oyunnar
Oxumax
Bağlıyır
Qələmnən

Aşağıdakı bəndlərin birində uyğunsuzluq var:

ağ-qara
dərin-dayaz
asan-çətin
xəstə-sağlam
dadlı-dadsız

Hansı sözdə iltisaqilik  prinsipi  üç dəfə pozulub?

oğlumdakı
çiynimizdəki
nakişi
oğlumgil

İsmin hallarından hansılar daşıdığı funksiyasına görə antonimlik təşkil edir?

adlıq, yiyəlik
təsirlik, yerlik
yönlük, adlıq
çıxışlıq, yönlük

Verilmiş arxaizmlərin qarşılığı hansı sıradadır? ləşgər, arı, altun, sayru

zəngin, düşmən, igid, aydın
ordu, xəzinə, qırmızı, duru
qoşun, təmiz, qızıl, xəstə
varlı, yuxu, yatmaq, əsgər
yuxu, həşərat, ordu, su

Biri feli bağlama şəkilçisi deyil:

-malı2
-ıb4
-anda2
-ınca2
-dıqda4

"Kimsə qapını doydu". "Maraqlı bir kitab oxudum". Bu cümlələr sadə cümlənin şəxsə görə növlərindən hansına aiddir?

Müəyyən şəxsli cümləyə
Qeyri-müəyyən şəxsli cümləyə
Ümumi şəxsli cümləyə
Şəxssiz cümləyə

”qüssəli” sözünün leksik təhlilindəki səhvi göstərin.

Omonim söz deyil.
Sinonimi qəmli, kədərli sözlərdir.
Antonimi yoxdur.
Ümumişlək sözdür.
Sözün kökü alınmadır.

Heca nəyə deyilir?

Sözlərin sətirdən sətrə keçməsinə
Tələffüz zamanı sözün bir hissəsinin digərinə nisbətən qüvvətli deyilməsinə
Tələffüz zamanı sözlərin asanlıqla bölünməsinə
Sait səslərin bir-birini izləməsinə
Samit səslərin bir-birini izləməsinə
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.