Üslubiyyat

§27. İşgüzar sənədlərin dili. Hissə 1.

Test ID - 59197
Müəllif: Taclı (Əlavə edilib: 15.12.2013)

Biri məntiqi pozur: töhmət, xəbərdarlıq, izahat, akt

töhmət
izahat
akt
xəbərdarlıq

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Fərdi üslub haqqında aşağıdakılardan biri səhvdir:

Fərdi üslub funksional üslubların çoxunda özünü göstərir
Fərdi üslubu mövcud ictimai – tarixi şərait yetişdirir
Fərdi üslub bu və ya digər fərdin ümumi dünyagörüşü, təfəkkürü ilə yanaşı, dövrü, bir sıra hallarda hətta ovqatı ilə bağlıdır
Rəsmi – işgüzar üslubda fərdilik var

Rəsmi – işgüzar üsluba aid deyil:

Rəsmi və işgüzar sənədlərin dilidir
Rəsmi – işgüzar üslub hamı üçün eynidir – standartdır
Burada obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəlinir
Rəsmi – işgüzar üslub iki yerə ayrılır

Məişət üslubuna aid olan fikirlərdən hansı səhvdir?

Məişət üslubu adi danışıq dilidir
Məişət üslubu ədəbi dilin gündəlik davranışda işlənən sərbəst və şifahi nitq formasıdır
Bu üslubun əsas xüsusiyyəti fikrin hamı tərəfindən anlaşıqlı, aydın və təsirli şəkildə ifadə olunmasıdır
Məişət üslubunun əsas səciyyəvi xüsusiyyəti sərbəstliyi və yığcamlığıdır

Biri söz birləşməsi deyil:

Başqa adamlar
Sənət əsəri
Sudan yüngül
Kömək edəndə

Vasitəsiz nitq nə vaxt dırnaq işarəsi olmadan yazılır:

Müəllifin sözlərindən əvvəl gəldikdə
Dialoqun tərkib hissəsi olduqda
Müəllifin sözlərindən sonra gəldikdə
Müəllif nitqi ilə vasitəsiz nitq ardıcıl növbələşdikdə

Başqasının nitqi olduğu kimi, dəyişiklik edilmədən verilərsə, bu adlanır:

əlavə
söz – cümlələr
ara söz
vasitəsiz nitq

İsmi xəbərli cümlə hansıdır?

Fuad bütün gecəni oyaq qalmışdı
Dost dar gündə tanınar
Qorxudan dizləri əsirdi
Bu idmançılar yarışda birincilik qazananlardır

Verilənlərdən biri köməkçi nitq hissəsi deyil:

Qoşma
Bağlayıcı
Nida
Məsdər

Əvəzliyin hansı məna növü bütün əsas nitq hissələrini əvəz edə bilər?

Qeyri – müəyyən əvəzliklər
Təyini əvəzliklər
Sual əvəzlikləri
İşarə əvəzlikləri

.... – bədii sözdür:

Arxaizm
Vulqarizm
Poetizm
Neologizm

Məişət üslubu üçün hansı norma daha əsasdır?

leksik norma
qrammatik norma
orfoepik norma
fonetik norma

Elmi üsluba xas deyil:

məntiqilik, dəqiqlik
modal sözlərin işlənməsi
terminlər
mürəkkəb cümlələrdən istifadə
çoxmənalılıq, mətnaltı məna

Sözün poetik funksiyasına ən çox harada rast gəlinir?

elmi üslubda
sənədlərin dilində
məcazlarda(bədii təsvir və ifadə vasitələrində)
terminlərdə

Biri məntiqi cəhətdən fərqlidir:

dairəvi
badamı
tarixi
elmi
daxili

Publisistik üslub hansı qəzetin nəşrə başlaması ilə yaranıb?

“Ziya”
“Kəşkül”
“Əkinçi”
“Azərbaycan”

Epitetə başqa nə deyirlər?

istiarə
bənzətmə qoşması
bədii təyin
təşbeh

Hansı üslub daha ümumbəşəridir?

bədii
rəsmi-işgüzar
məişət
elmi

Mükəmməl təşbeh hansı sıradadır?

Əsgər aslan kimi güclüdür.
Qələmi qılınc tək itidir.
O, elə bil, daşdır.
Baxışı sanki maral baxışı idi.
Dəhanın sədəfdir, dişlərin inci.

Leksik şəkilçilərə aid fikirlərdən biri səhvdir:

Leksik şəkilçilər bir cür, iki cür və dörd cür yazılır
Bütün leksik şəkilçilər alınmadır
Bir cür yazılan milli mənşəli leksik şəkilçilər var
-im-dörd cür yazılan şəkilçi omonimdir
Leksik şəkilçilər morfoloji üsulla yeni söz yaradır

"Kişinin qəfil əsəbiləşməsi təsadüfi deyildi" cümləsində mübtədanın ifadə vasitəsini tapın

İsim
3 növ təyini söz birləşməsi
Zərf
frazeoloji birləşmə
məsdər tərkibi
......