Fənlər üzrə qarışıq testlər

Qarışıq testlər 1. Hissə 1.

Test ID - 78511
Müəllif: Qonaq__1350001 (Əlavə edilib: 13.07.2014)

Aşağıdakı sözlərdən biri, iki saitin yanaşı işləndiyi Azərbaycan mənşəli sözdür:
A)əliəyri B)mətbuat C)sual)

əliəyri
mətbuat
sual
zəif
təbii

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Testdə səhv var?

Testin izahını yazın

Zəhmət olmasa testin izahını maksimum detaylı yazın.
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Testin izahını yazın" bölməsinə yazın.

Nəyə görə zərflik və təyin cümlənin qrammatik əsası hesab edilir?

suallarına görə
mənalarına görə
bunların heç biri qrammatik əsas deyil
cümlədə roluna görə
əsas nitq hissəsi olduğuna görə

Dilimizdəki sadə fellər nə mənşəlidir?

Ərəb mənşəlidir
Hind mənşəlidir
Türk mənşəlidir
İtalyan mənşəlidir

Biri mürəkkəb zərfdir:

Gəlhagəl
Qaçaqaç
Basabas
Taybatay

”qüssəli” sözünün leksik təhlilindəki səhvi göstərin.

Omonim söz deyil.
Sinonimi qəmli, kədərli sözlərdir.
Antonimi yoxdur.
Ümumişlək sözdür.
Sözün kökü alınmadır.

"fəryad deyildir", "şadlıqdır",  "rahatlıqdır"  sözləri haqqında verilənlərdən yalnız biri doğrudur:
Zəhmət fəryad deyildir, bir şadlıqdır insana,
Zəhmətinin axırı rahatlıqdır insana. (Nizami Gəncəvi)

Hər üçü cümlədə xəbər vəzifəsindədirlər.
Biri isim, digərləri isə sifətdir.
Deyilişi və yazılışı fərqlənməyən sözlərdir.
Hər üç söz sifətdən düzəlmiş isimdir.
Heç birinin sinonimi yoxdur.

Hansı mürəkkəb adın yazılışı səhvdir?

Bakı Şəhər İcra Hakimiyyəti
Balçılı Təhsil Mərkəzi
Azərbaycan Respublikasının milli qəhrəmanı
Orxan-Yenisey kitabələri
Azərbaycan Respublikasının Milli Məclisinin Sədri

Fikirlərdən biri səhvdir:

Leksik şəkilçi sözə qoşulduqda həmişə yeni söz yaranır
Dilimizdə 6 əsas nitq hissəsi var
Sifət cümlədə əksər hallarda təyin olur
Hər bir nitq hissəsi müəyyən bir suala cavab verir

Hansı söz hecalara düzgün ayrılmamışdır?

Məş-ğu-liy-yət
Məş-ğul
Möh-tə-viy-yat
Fil-o-loq
Na-mə-lum

Aşağıdakı bəndlərin birində uyğunsuzluq var:

ağ-qara
dərin-dayaz
asan-çətin
xəstə-sağlam
dadlı-dadsız

Çoxmənalı sözlər əsasən hansı üslubda işlənir?

elmi
bədii üslubda
məişət üslubu
publisistik
rəsmi-işgüzar üslub

Cümlədəki yerindən asılı olmayaraq, dırnaqda yazılmalıdır:

isimləşən nitq hissələri
mürəkkəb adların hamısı
əsər adları
terminlər

Hansı cümlədə qoşma işlənib?

Tək əldən səs çıxmaz
Tək sən bunu görə bilərsən
Qabaq bunlar burada yox idi
Dediklərinə əsasən mən bunu dedim

Hansı köhnəlmiş sözdür?

doqqaz
hodaq
becid
nalça
nimdər

Sifətin biri feldən düzəldilmişdir.

dadlı
əzgin
sabahkı
kefcil
əzabkeş

Biri bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlədir:

Nə İmran dillənir, nə də Nərgiz onu içəri dəvət edirdi
Həm həyətdə çadır qurulmuşdu, həm də evdə qonaqlar üçün süfrə açılmışdı
Ya kənddə nənəmin yanına, ya da sanatoriyaya dincəlməyə gedəcəyəm
Gah qonşuya, gah da redaksiyaya qaçırsan
Bu yerlərdə gah taxıl əkilir, gah da bostan bitkiləri becərilirdi

Fəal danışıq üzvləri hansılardır?

Dil, ağ ciyərlər, ağız boşluğu
Dil, dodaqlar, nəfəs borusu
Dodaqlar, qırtlaq, dişlər, ağız boşluğu
Səs telləri, dişlər, dil
Dil, dodaqlar, səs telləri

Morfem nədir?

söz
məna dəyişən səs
tələffüzü fərqlənən hərf
sözün mənalı hissəsi

Hansı ölkənin adının mənası “tısbağa” deməkdir?

Ekvador
Meksika
Lesoto
Qalapaqos
Tonqa

Verilmiş arxaizmlərin qarşılığı hansı sıradadır? ləşgər, arı, altun, sayru

zəngin, düşmən, igid, aydın
ordu, xəzinə, qırmızı, duru
qoşun, təmiz, qızıl, xəstə
varlı, yuxu, yatmaq, əsgər
yuxu, həşərat, ordu, su

Hansı sözlərə saitlə başlayan şəkilçi artırdıqda “q” “ğ” – ya, “k” “y” – ya keçmir?

çarıq, kəpənək
qoruq, ürək
türk, şəfəq
sümük, otaq
çiçək, yarpaq

Sayın quruluşca bütün növlərinə aid nümunələrdir :

Az, yüzlərlə, iyirmi-otuz
Onuncu, minlərlə, xeyli
Bir, ikinci, yüzlərlə
Səkkiz, yüz əlli, səksən

Dialekt sözlər haqqında verilənlərdən biri yanlışdır:

Lüğət tərkibinin qeyri-fəal hissəsinə daxildir
Çoxu alınma olur
Dialektlər dilimizin tarixini öyrənməkdə etibarlı mənbədir
Məişət üslubunda işlənir
Müəyyən bölgədə və regionlarda başa düşülür

2 cür yazılan şəkilçi ilə 4 cür yazılan şəkilçinin fərqi nədir?

hər ikisi qrammatikdir
hər ikisi leksikdir
omonimdir
biri qapalı biri açıq şəkilçidir
yalnız acıqdır

Yüksək səviyyəli mədəni nitqin şərtləri:

obrazlılıq, məcazilik, dəqiqlik
aydınlıq, dəqiqlik, səlislik
düzgünlük, dəqiqlik, ifadəlik
sadəlik, ifadəlik, doğruluq
aydın, anlaşıqlı sözlərdən istifadə

Bu sifətlərdən hansı azaltma dərəcəsindədir?

qırmızımtıl
qıpqırmızı
gömgöy
sapsarı
yamyaşıl
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed