Sizin hazırki nikiniz (ləğəbiniz)

Yuxuda yıxılmaq və uçmaqların səbəbi nədir?

Yuxuda yıxılmaq və uçmaqların səbəbi nədir?

Demək olar ki, bütün insanlar yuxuda uçduqlarını və ya hündür bir yerdən yıxıldıqlarını görüblər. Çox vaxt heç haradan yıxıldığımızı da anlamır, sadəcə, hövlank yuxudan ayılırıq. Niyə?

Əgər irqindən, cinsindən, həyat təcrübəsindən, yaşından asılı olmadan bütün insanlar bu yuxunu görürlərsə, deməli, onun sırf fizioloji səbəbləri var.

Bu suala Karl Saqan “Cənnətin əjdahaları: İnsan şüurunun təkamülü və onunla bağlı spekulyasiyalar” adlı kitabında müəyyən mənada cavab verir. Saqan göstərir ki, təkamül prosesinin gedişində insan beyni 3 inkişaf mərhələsindən keçib. Yəni sanki bizim bir-birinin içində yerləşən 3 müxtəlif beynimiz var. Və onların üçün də bir-biri ilə əlaqəli işləyərək, bizi idarə edirlər. 

Ən "alt qatda" yerləşən və ən qədim olan sürünən beynidir. "R-kompleks" adlanan bu beyin reptililərdə (sürünənlərdə) müşahidə olunur və insanda da beynin qədim forması kimi qalıb. Bu gün də bizim bəzi hərəkətlərimizi, reaksiyalarımızı məhz "R-Kompleks" idarə edir. Məsələn, hansısa qıcığa düşünmədən, götür-qoy etmədən dərhal reaksiya verməyimiz məhz R-kompleksin işidir. 

Onun üzərində isə təkamülün sonrakı mərhələsində yaranan ikinci qat – Limbik Sistem yerləşir. Bu, quşların yaranması dövründən miras qalan beyindir. İnsan emosiyalarını məhz Limbik sistemdə yerləşən vəzilər idarə edirlər.

Nəhayət, ən üst qat şüurlu proseslərin getdiyi beyin qabığı – Neokorteksdir. Bu, insanda və primatlarda var. Neokorteks təkamülün ən son mərhələsində yaranıb.

Beləliklə, biz niyə yuxuda yıxılırıq? Saqan izah edir ki, insanın primatlardan çox da fərqlənməyib, ağaclarda yaşadığı dövrdə onun həyatına ən böyük təhlükə yatdığı budaqdan yıxılmaq idi. Buna görə də yuxuda yıxıldığını görmək bir növ müdafiə mexanizmidir. Bizim ağaclarda yaşayan əcdadlarımız gecə bunu görüb, tez-tez ayılmalı və yerlərinin etibarlı olduğunu yoxlamalı idilər. Sonradan bu qabiliyyət çöldə və mağaralarda yaşayan ilk insanların da köməyinə çatırdı. Amma indi güvənli evlərdə yaşayan bizim belə yuxu görməyə ehtiyacımız olmasa da, bir növ psixosomatik atavizm kimi beynimizdə qalıb.

Bəs insanın yuxuda uçması təkamülün daha qədim mərhələsindən - "quş beyni"ndən qalma miras ola bilərmi? Saqan özü bu haqda heç nə yazmayıb. Amma başqa araşdırmaçılar istisna etmilər ki, məhz belədir. Çünki bizim beynimizin bir hissəsi (Limbik sistem) vaxtilə səmada qanad çalan varlıqların kəllə qutusunda formalaşıb. 

Azvision.az

Mənbə: http://news.atv.az

Dostlarınızla paylaşın!

Yazılmış sərhlər

Qonaq__18684213 - 27.06.2016
beyenemedim
Qonaq__16015847 - 10.04.2016
maraqlidir heyatda da ucmaq isteyerdim
Qonaq__14426839 - 09.11.2015
mende de yuxuda bele seyler olur
Qonaq__14113421 - 30.10.2015
həmişə öyrənmək istyirdim bunun sirrini
Qonaq__14104512 - 30.10.2015
salam
bu metin menen cox komek etdi.
Cox sagolun
Qonaq__14058118 - 28.10.2015
cox maraqlidir

Öz şərhinizi yazın

ugur_200x200.gif
language_dom.gif
qalaktika_200x200.gif
nizami-hadi-be-oglum.gif
elbite_300x100_tibb.gif
elbite_300x100_tibb.gif
tereggi_300x100.gif
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə düzənlikdir
Cənubi Amerikanın relyefi üçün xarakterik deyil : Qərbi dağlıq, şərq hissəsi isə...
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni sahəsidir.
Fikirlərdən hansı doğrudur: Relyefi öyrənən elm geomorfologiya fiziki coğrafiyanın yeni...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə sədaqət əsas ...
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonrakı dövrdə çar rejiminə...
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan tarixi
Rus hərbi gəmilərinə Bosfor və Dardanel boğazlarından keçmək hüququ verildi: Azərbaycan...
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Coğrafiya. H.Z. Şirvaninin tədqiq etdiyi ərazilərdən deyil:
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?

Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Azərbaycanda əhalinin İslam dinini asanlıqla qəbul etməsinin səbəbıərindən biri:
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II Konstantinlə görüş...
Cavanşirin hökmdarlıq dövrünə aiddir: Kadisiyyə döyüşü, Ktesifon döyüşü,II...
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Sasani ağalığı dövründə Albaniyada İrsi torpaq sahibliyi adlanırdı:
Bağla
Daxili planetlərə aid olmayan xüsusiyyət
Daxili planetlərə aid olmayan xüsusiyyət
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Hansı sözlərin tələffüzü zamanı açıq sait qapalı saitə keçir?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki hecaların üzərinə keçə bilər?
Azərbaycan dili. Vurğusu son hecaya deşən bəzi sözlərdə nə zaman vurğu əvvəlki...
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qütb parıltısının baş verdiyi ərazi hansıdır? (Cografiya. Test - 13)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Qədim Misirə aid deyil. (Qədim dunya tarixi.)
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri
Xürrəmilər hərəkatının ilk dövrlərdə uğur qazana bilməməsinin səbəblərindən biri

İzahlı video testlərə keç

.....