YouTube-da filmlərin kirayəsi açılmışdır



YouTube videoservisinın bloqunda bildirilir ki, şirkət filmlərin onlayn-kirayəsini həyata keçirməyə başlayıb. Servisin ən böyük partnyorları olan Sony Pictures, Universal və Warner Brothers şirkətləri servisə təxminən üç min film təqdim ediblər.
TechCrunch qeyd edir ki, istifadəçilərin bir yeni filmə baxışının dəyəri dörd dollar, qalan filmlər üçün isə üç dollar təşkil edir.

Servisin xidmət şərtlərinə əsasən, filmin kirayəsinin ödənişindən sonra istifadəçilərin filmi izləməsi üçün 30 gün vaxt verilir. Filmə baxmağa başladıqdan 24 saat sonra giriş bağlanir. YouTube Movies-ə böyük kinofilm şirkətlərindən başqa həmçinin Lionsgate Films, Starz, The Weinstein Company və Magnolia Pictures-in də filmləri təqdim edilmişdir.
Hal-hazırda bu kirayə xidməti yalnız ABŞ-da işləyir. Digər ölkələr isə YouTube Movies-i YouTube-nin pulsuz bur servisi kimi istifadə edə bilər. Onlar sadəcə dünya kinematoqraflarının klassikalarına baxmaqla kifayətlənəcək.
Tərcümə etdi: Tomris
Mənbə: https://gizmod.ru
Yazılmış sərhlər
Tomris
- 01.12.2014
Deymez.
|
iker_casillas
- 03.01.2014
cox maraqli idi Tomris
|
iker_casillas
- 29.08.2013
cox maraqlidir
|
iker_casillas
- 29.08.2013
Qonaq_21786 - deymez
|
Qonaq__21786
- 12.11.2012
Maraqlidi twk
|
Ağabəyim_ağa
- 05.02.2012
Təşəkkürlər Tomris.maraqlı məlumatdı.
|