Yaddaşınız daha yaxşı olsun deyə bunu mutləq edin

Yaddaşınız daha yaxşı olsun deyə bunu mutləq edin - 1
Yaşlılıq, bədən qədər yaddaş və beyinin gücünə də mənfi təsir göstərir. Funksiyasını yaxşı davam etdirə bilməsi üçün beyinin də maşınlar kimi yaş irəlilədikcə, bir az qulluğa ehtiyacı var. Amma, maşınlardakı kimi beyin üçün qulluq qaydaları mövcud deyil.
Mövcud məlumatlar isə qarışıqdır. Bu mövzudakı məlumatları araşdırıb, beyin gücünü qorumağın ən yaxşı altı üsulunu müəyyənləşdirdik.

Qabiliyyətlərinizə güvənin

Olubmu ki, bir otağa girib, ora nə üçün girdiyinizi unudasınız? Yaş ötdükcə yaddaşın da zəifləməyə başladığını düşünür adam. Halbuki, bu, yalnız yaşlıların yox, cavanların da başına gələ bilər.
Mütəxəssislər, əslində bir problem olmasa belə, yaş artdıqca beyin ilə bağlı qabiliyyətlərimiz haqqında əminliyi itirdiyimizi bildirilər.
Bunun nəticəsi kimi, əlavə dəstəyə ehtiyac duyur, maşınımızın naviqasiya sistemi və ya mobil telefonumuzun xəbərdarlıq siqnalı kimi əlavə vasitələrdən asılı vəziyyətə gəlirik. İmkanlarımızı məcbur şəkildə hərəkətə gətirmədikcə, zehni qabiliyyətlərimizi özümüzə yadlaşdırırıq. Yəni, əgər qapıda dayanıb, oraya niyə getdiyimizi xatırlamağa çalışırıqsa, bunu, hafizəmizə bir az daha əziyyət vermək məcburiyyəti kimi qəbul etməliyik.
Yaddaşınız daha yaxşı olsun deyə bunu mutləq edin - 2

Qulaqlarınızı qoruyun

Duyğularımızı itirmək, beyinə pis təsir edir. Məsələn, eşitmə duyğusunu itirmək, beyini lazımlı bir xəbərdarlıq mənbəyindən məhrum etdiyi və diqqət mənasında əlavə yük yaratdığı üçün, beyindəki boz toxumanın itkisinə səbəb olur. Bir araşdırmada məlum olub ki, eşitmə duyğusunu itməsi altı illik bir zaman ərzində məlumat qəbulunun azalma riskini 24% artrır.
Yaşdan aşlı olmayaraq, eşitmə qabiliyyətinə mənfi təsir edən faktorlara diqqət etmək gərəkdir. Gündə sadəcə, 15 saniyə yüksək səsli rok musiqisinə qulaq asmaq, eşitmə duyğusuna zərər verməyə yetər. Eyni şəkildə gündə 15 dəqiqə saç qurudandan istifadə, səsləri ayıran hüceyrələri zədələyir. Əgər eşitmə probleminiz olduğunu düşünürsünüzsə, mümkün qədər tez həkimə müraciət edin.

Yeni dil və ya musiqi alətində ifa etməyi öyrənin

Zehni gücləndirmək üçün yaradılan beyin gimnastikası proqramları və tapmacaları məhduddur. Lakin, xarici bir dil və ya yeni bir musiqi alətində ifa etməyi öyrənmək, beyini daha çox işlədəcək. Bunların hər ikisi, bir çox bacarığın eyni anda işə düşməsinə səbəb olur. Yeni notları və sözləri öyrənərkən, yaddaş məşqi, diqqət, eşitmə qabiliyyəti və nəzarət kimi bir çox bacarıq hərəkətə keçir.
Yaddaşınız daha yaxşı olsun deyə bunu mutləq edin - 3
Bu cür fəaliyyətlər, yaddaşı sürətləndirəcək və faydaları, artan yaşlarda seziləcəkdir. Keçən il aparılan bir araşdırmada, musiqiçilərdə əqli zəifləməsini (demensiya) ehtimalının, heç bir alət ifa etməyən insanlarla müqayisədə 60% daha az olduğu göstərilib. Başqa bir tədiqaqtda isə, xarici bir dili bilmənin Alsheymer xəstəliyini beş il gecikdirdiyi ortaya çıxıb.
Özünüzü bu cür məcbur etmək, ən azından mövcud qabiliyyətlərinizin dəyərini bilmək üçün sizə kömək olacaq.

Ayaqüstü yeməklərdən uzaq durun

Aşırı çəki beyinə, bir çox mənada zərər verə bilər. Damarlarda xolesterinin yığılması beyinə gedən qan axınını məhdudlaşdırır və düzgün fəaliyyəti üçün lazım qida və oksigendən məhrum edir.
Sinir hüceyrələri (neyronlar) insulin hormonu səviyyəsinə qarşı, son dərəcə həssasdır. Mütəmadi olaraq şəkərli və yüksək kalorili qidalar qəbul etdikdə, insulin siqnallari kəsilir, zəncirvari reaksiyaya və beyində zərərli düyünlərin yaranmasına səbəb olur.
Yaddaşınız daha yaxşı olsun deyə bunu mutləq edin - 4
Omeqa 3 kimi yağ turşuları, D və B12 vitaminləri, yaş artımı ilə bağlı əmələ gələn beyin problemlərini azalda bilirlər. Aralıq dənizi pəhrizi ilə qidalanan yaşlıların, özlərindən 7, 5 yaş daha cavan insanlarla eyni əqli bacarıqlarına sahib olmalarının səbəbi də budur.

İdman edin

Əslində beyin ilə bədən arasında ayrı-seçkilik etmək doğru deyil. Beyini qorumağın ən təsirli yollarından biri də, bədəni fiziki aktivliklə gücləndirməkdir. Beləcə, beyinə qan axını artacaq və sinir hüceyrələri arasındakı əlaqələri yaradan proteinlər də işə düşəcəkdir.
Yaddaşınız daha yaxşı olsun deyə bunu mutləq edin - 5
Yerimək və aerobika kimi yüngül məşqlərdən tutmuş, ağır atletika və bədən formasını inkişaf etdirməyə qədər olan hər növ fiziki aktivliyin, istənilən yaşda faydalı olduğu sübut edilmişdir.

Ünsiyyəti artırın

Beyni qorumanın ən yaxşı yollarında biri də ünsiyyətcil olmaq, adam arasına çıxmaqdır. İnsanlar sosial varlıqdır. Yeni təcrübələr, stressdən və kədərdən uzaqlaşmağımıza kömək olur.
70 yaşında yuxarı yaşlılar ilə 12 il boyunca edilən bir araşdırmada, sosial aktiv insanlarda duyğu qəbulunun 70% daha yaxşı olduğu sübut edilib. Başqa insanlarla daimi ünsiyyətdə olmaq, hafizə və diqqəti qoruduğu kimi, zehni əməliyyatları da ümumi olaraq, daha sürətli edir.
Xülasə, sağlam qidalanma, fiziki aktivlik və yaxşı dostluq çevrəsi, sağlam və xoşbəxt bir həyat sürmənin sirri olduğu kimi, beyin gücünü qorumaq üçün də vacibdir.
Milli.Az

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__23511849

Menim xosuma geldi.Cox maraqlidir.

Qonaq__24912697

cox sagolun ki bele bir sayt yaradib bize bele maraqli melumatlar teqdim edirsiniz.Ve cox arzu edirik ki,maraqli,xeyirli melumatlar daha da cox paylasasiniz.
Biz mektebliler size minnetdariq...Oz sinif yoldaslarim adindan size tesekkur edirik....

Qonaq__24920189

Coxx gozel

Təşəkkürlər qəşəng məlumat idi lazım olacaq

Qonaq__24992467

sag olun tesekkurler ama superdi

Qonaq__25004728

təşəkkürlər.

Qonaq__25004728

təşəkkürlər.bunlara mütləq
əməl edəcəm.

Qonaq__24531907

sag olun

Qonaq__25009977

Eslinde hem idman,hem de basqa eylenceler ile mesgul olmaq da insan yaddasini guclendire biler. Mes:ele qis vaxtidir:)qarla oynayin,muxtelif fiqurlar hazirlayin.Mekrebliler yaddaşsizigi mence onlar xususiile depressiyaya dusdukleri(mueyyen sebeblerden)ile bagli ola bilir. Mektebli yanliz basqa bos sohbetleri kenara atsa,fikrini daima tehsile,elme yoneltse gelecekde baxib fexr edeceyimiz kadrlarimiz hazirdir demekdir bu. Umumilikde yaddaşsizliq sindiromu derdden,kederden vebos-bos problemlerle ozumuzu yuklemekden ireli gelir. Calisaq ki,bu dunyada yalniz musbet seyler baresinde dusunek. Eziz mektebliler siz bizim geleceyimizsiz. Ozunuzu qoruyun. Ugurlar.

Qonaq__21805017

əladır

Qonaq__25014945

superdi

Qonaq__25042422

cox sag olun...tesekkurlerrr...

Qonaq__25087749

Çox gozel

Qonaq__25094908

teesufl olsunki indiki gencle r unsiyete yox telefona meylidirler

Qonaq__25098437

Bele da

Qonaq__25133990

çox sağolun bizim biliyimizi daha da güclendirdiniz Allah razi olsun ki,belə bir sayt yaratdiniz teşekkurler.

Qonaq__24058444

tesekkur

Qonaq__24748958

ders oxuyun

Qonaq__25171078

tesekkurlər

Qonaq__25221316

Maraqlidir...

Qonaq__25245997

Elə indicə şeir öyrənəcəldim super tşklər canlarım

Qonaq__25275577

Yaşlılar üçün çox dəyərli məsləhətdir.Çox sağ olun.

Qonaq__25317740

təşəkkürlər)

Qonaq__25329014

maraqli melumatlariniza gore cox saq olun xahis edirik yaddasla baqli daha cox melumatlar veresiniz

Qonaq__25372849

so perfect))

Qonaq__25388821

Sağ olun,vacib mövzudur.

Qonaq__25380946

hamisi bose seydi bos basa bunlarin ne xeyri var

Qonaq__25412302

Eladir mende emel edəcəm

Qonaq__25408280

gözəl məsləhətdir

Qonaq__24152092

MARAGLIDIR SAG OLUN

Qonaq__25495331

maraglidi

Qonaq__25621849

cox sagolun heqiqeten çox xoşuma gəldi maraqlı məlumatlar verirsiniz bizi məlumatlandırırsınız teşekkur

Qonaq__22700977

Cox sag olun cox tesekkürler

Qonaq__25853637

Tewekkurler Cox Maraqli idi

Qonaq__26126933

cox maraqlı ıdı

maraqli melumatlariniz cox gozeldir.

Qonaq__27867939

ÇOX YAXŞI MƏLUMATLARDI.SAÖ OLUN.

Qonaq__29518609

heqiqeten cox maraqlidir

Qonaq__30498854

təşəkkürlər çox şey öyrəndim daim istifadə edəcəm

Qonaq__30836161

maraqlı məlumat idi sizə çox təşəkkür edirəm

Qonaq__31284370

tesekurler

Qonaq__31870270

çox xoşuma gəldi. Maraqlı idi. super teşekkürlər

Qonaq__33220823

Çox maraqlıdır.

Səhr yaz

......